Ana səhifə / Gündəm / Mirzə Məhəmməd bəy Zamanbəyli 155 il – Zamanəsinin Mesenatı

Mirzə Məhəmməd bəy Zamanbəyli 155 il – Zamanəsinin Mesenatı

Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860 il tarixdə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Naxçıvanda Şahbuz kənddə məşhur sərgərdə Rus-İran müharibələrinin iştirakçısı Zaman-Xan Kəngərlinin oğlu Haçı Fərzəli Sultan Kəngərlinin ailəsində anadan olub.

Qori Müəllimlər Seminariyasının ilk məzunlarından olan Mirzə Məhəmməd Zamanbəyli həyat və fəaliyyəti xalqın mariflənməsinə həsr edib. Belə ki döğma kəndində 18 əsrin sonlarında öz vəsaiti hesabına orta məktəb tikib (vaxtilə represiya qurbanı Sadıx Xəlilovun adını daşıyan məktəb) və yüzlərlə kəndli övladının ibtidai savad almasına nail olub. Naxçıvanda “Xeyriyyə” Cəmiyyətini yaradıb. Cumhurriyət dövründə Marif şurasının üzvü olub. Onun portretini 1907-ci ildə Bəhruz Kəngərli qələmə alıb və hal-hazırda Rüstəmov adına Dövlət İncəsənət tarixi Muzeyində saxlanılır. Portret 1968-ci ildə Mirzə Məhəmməd bəyin oğlu Qafar Zamanov tərəfindən Azərbaycan Dovlət İncəsənət Muzeyinə bağışlanılanıb. Qeyd edək ki, 2010-cu ildə bu portretlə bağlı Naxçıvan MR-da çağ olunan “Şərq qapısı” qəzetində “Bir şəklin izi ilə” adlı yazı çap etdilib. Marağlı burasıdır ki, onun övladları Xurşud xanım və Qafar Zamanovlar Ümummilli Lider Heydər Əliyevin müəllimləri olmuşdur.

Qafar Zamanov Heydər Əliyevin xasiyyətnaməsini yazmışdı

Xurşud xanım-Naxçıvan şəhər 2 saylı orta məktəbdə, Qafar müəllim isə Naxçıvan Pedaqoji Muəllimlər İnstitutunda (1939-il buraxılışı). Mərhum prezidentə təhlükəsizlik orqanlarında çalışmaq üçün ilk xasiyyətnaməni də məhz Qafar Müəllim verib.Mirzə Məhəmməd Zamanbəyli kimi ziyalıların işıqlı təfəkkürü və təşəbbüsü sayəsində Naxçıvanda “Müsəlman dram və sənət cəmiyyəti” yaradıldı.Cəmiyyətin məramı,ilk növbədə,kitabxana açmaq,sonra tamaşa yaratmaq idi. Maarifçi ziyalılardan Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Məmmədtağı Sidqi,Mirzə Əliməmməd Xəlilov, Nəsrulla Şeyxov,Cümşüd Paşa ağa Sultanov,Mirzə Ələkbər Süleymanov,Mirzə Məhəmməd Zamanbəyli, Baxşəli ağa Şahtaxtı, Nəcəfqulu Nəcəfov bir yerdə cəm oldular.O zaman xüsusi teatr binası olmadığından bu millət fədailəri hazırladıqları tamaşaları Mirzə Məhəmməd Zamanbəylinin təsis etdiyi “Xeyriyyə” Cəmiyyətinin binasında və tərəqqipərvər insanların evində göstərirdilər. Bu insanları ö dövrdə hətta masonluqda ittiham edirdilər.Mirzə Məhəmməd Zamanbəyli haqqında məlumatların toplanılmasında onun nəticəsi Anar Zamanbəyli bizə yardımçı oldu. Anar müəllim mərhum Prezidentimiz Ümummilli Lider Heydər Əliyev ilə 7 oktyabr 2001 il tarixli görüşünü yada salarkən, mərhum Prezidentin ilk müəllimlərinə nə qədər dərin hörmət bəslədiyini bildirdi və xatirələrini bölüşdüyünü bildirdi.

Vətəninfo.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın