Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Min bir dərdin dərmanı” olan balın, heç bilmədiyiniz 8 faydası

“Min bir dərdin dərmanı” olan balın, heç bilmədiyiniz 8 faydası

Bal, arılar tərəfindən bitkilərdən toplanılan, şəfaverici təsiri çox güclü olan bir qidadır.
Bal yeməklə orqanizmi çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Məhz bu xüsusiyyətlərinə görə balı, “min bir dərdin dərmanı” hesab edirlər.
Moderator.az balın bilinməyən faydalarını təqdim edir:
Yanıqları yaxşılaşdırır
Balın dəri yanıqları üzərindəki təsiri əslində min illərdir ki, məlumdur. Bal, təkcə yanıqları yaxşılaşdırmaqla qalmır, həmçinin yaraların infeksiya etməsinin qarşısını almağa da kömək edir.
Uçuğa yaxşı təsir göstərir
Aparılan araşdırmalar, dodaq və genital bölgədə çıxan uçuqlar üçün, balın ən azı kimyəvi dərmanlar qədər yaxşı təsir etdiyini ortaya qoyur.
 
Xərçəng müalicəsinə dəstək olur
Aparılan bir araşdırma, balın xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almaqda təsirli olduğunu ortaya çıxardı.
Qan şəkərini tənzimləyir
Bal, şəkərdən daha sağlam bir alternativdir və qan şəkərini, şəkər qədər yüksəltmir. Yəni, çay içərkən şəkər əvəzinə baldan istifadə etmək daha yaxşı bir seçimdir.
Yaddaşı gücləndirir
Aparılan araşdırmalar, xüsusən menopauza və menopauza sonrası dövründə qadınların yaddaşı üçün balın çox faydalı olduğunu ortaya qoyur.
Babasilin müalicəsində təsirlidir
Babasilin müalicəsində, içinə bir miqdar zeytun yağı qatılmış bal qəbul etmək çox fayda verir.
Xora ilə mübarizə edir
Bal, daxili orqanlarımızda olan  yaralara, məsələn mədə yarası olan xoraya də yaxşı təsir göstərir.
Sperma sayını artırır
Araşdırmalar nəticəsində məlum olub ki, bal sperma sayının artımında köməkçi vasitədir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın