Cümə , Noyabr 27 2020
Ana səhifə / Gündəm / Milyarderlər necə istirahət edir? – FOTOlar

Milyarderlər necə istirahət edir? – FOTOlar

Dünyanın əksər zənginləri geniş publikaya məlum deyil.

Dünyada yaşayan milyarderlərin yalnız az bir hissəsi ictimai həyat sürürlər.

Oxu.Az”Qazeta.Ru”ya istinadən xəbər verir ki, dünyanın əksər zənginləri geniş publikaya məlum deyil.

Amma bu onlara heç də dəbdəbəli yaşamağa və öz sərvətlərini sosial şəbəkələrdə milyonlarla abunəçiyə nümayiş etdirməyə mane olmur.

Den Bilzeryanerməni mənşəli amerikalı kapitalistdir. Den iddia edir ki, 32 yaşında 100000000 dollar sərvətə malikdir.

Ən gözəl model qızlar Denə səhər yeməyi gətirir, ən yaxşı silah onun masasında lazımsız əşya kimi qala bilər, pokeri isə ən böyük məbləğ qoyulduqda oynayır.

Asudə vaxtlarında isə Den müxtəlif silahlardan səhrada atəş açmağı sevir.

Den Bilzeryan öz yaxtasında təkbaşına səyahət etməyi sevmir.

2014-cü ilin yayında 19 yaşlı milyoner Alim İkbal – həm də Lord Aleem kimi məşhurdur – cinayətkarların qurbanı olub, onlar Lordun dörd maşınını yandırıblar, yanan maşınların ümumi dəyəri isə yarım milyondan baha idi.

Ehtimal edilən cinayətkarlar Alimin avtoparkına qibtə etdikləri üçün yanğın törədiblər.

Fotoda “Formula-1”in bosuBerni Ekklstounun böyük qızı Tamara öz 8 aylıq qızı Sofiyanı əmizdirir. O, 70 milyon funt dəyəri olan London malikanəsinin mətbəxindədir. Arxa planda varisin həyat yoldaşı cey ratlend qəzet oxuyur.

Hal-hazırda Tamara Ekklstoun Channel 4 kanalında Red Bull Air Race World Series-in yayımını şərh edir. Bacısı ilə bərabər prodüser telekampaniyasına sahibdirlər.

İran qaçqın ailəsindən olanToni TutuniABŞ-da sərvət toplayaraq öz epataj əyləncələri ilə məşhurlaşıb.

Tutuninin İnstagram səhifəsi pul dəstələri, silah, şəxsi təyyarələr, dəbdəbəli avtomobillər və yarıçılpaq qızlarla olan şəkilləri ilə doludur.

Toni Tutuni Şükran gününü qeyd edir.

Timoti Sayksdünyada ən uğurlu treyderlərdən biridir. Sayksın İnstagram səhifəsində bahalı avtomobillər, qəşəng qızlar və pul şəkilləri yer alır. Uolt-strit-dən olan insanlar qeyd edirlər ki, Sayks öz hedge-fondunu 2008-ci il dünya böhranında zərər ucbatından bağlayıb və indi onun əsas işi treydinq üzrə mühazirə və seminarlardır.

Həmçinin oxuyun

“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə …

Bir cavab yazın