Ana səhifə / Gündəm / Milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyev kimdir?

Milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyev kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Pezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, Mədət Quliyev bu təyinatadək Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsini tuturdu.

Qeyd edək ki, MTN-ə nazir təyin olunana qədər Mədət Quliyev nazirin səlahiyyətlərini icra edəcək.

General-leytenantı Mədət Quliyev 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.

Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Dövlətin ən ali mükafatı, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Ailəlidir. İki övladı var.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın