Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Milli Məclisin AŞPA-nın sessiyasına dair rəsmi məlumatını kim və niyə saxtalaşdırıb?

Milli Məclisin AŞPA-nın sessiyasına dair rəsmi məlumatını kim və niyə saxtalaşdırıb?

Milli Məclisin rəsmi saytında (www.meclis.gov.az ) Avropa Şurası Parlament Assambleyasının  qış sessiyası və orada iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi ilə məlumat yerləşdirilib. Həmin xəbəri bəzi saytlar saxtalaşdırıb. 
Milli Məclisin mətbuat xidmətinin xəbərində deyilir: “Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 22-dən 28-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri – Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov,   Sabir Hacıyev, Rövşən Rzayev, Qənirə Paşayeva, Elxan Süleymanov və  Müslüm Məmmədov  daxildirlər.
Sessiya çərçivəsində qurumun Nazirlər Komitəsinin, Daimi Komitəsinin və Bürosunun hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş prezident seçkilərinin, Makedoniyada parlament seçkilərinin nəticələri, Avropada media azadlığı və jurnalistlərə qarşı zorakılıq, Qəzzada humanitar böhran, Onlayn media və jurnalistika, Ukraynada demokratiya institutlarının fəaliyyəti, Livanda vəziyyət, Avropanın təhlükəsizliyi, həmçinin regionun stabilliyi üçün risklər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiyada Almaniya, Fransa, Finlandiya, Danimarka, Avstriya və Çexiyanın AŞPA qarşısındakı öhdəliklərinin də müzakirəsi nəzərdə tutulmuşdur.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər”.
Bəzi saytlar (hansı ki, onların arxasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasında maraqlı olan və dövlət əleyhinə olan məlum müraciəti imzalayan şəxslər dayanır) isə Azərbaycan Milli Məclisinin rəsmi xəbərini heyrətamiz şəkildə saxtalaşdırıblar. Belə ki, həmin saytlarda AŞPA-nın qış sessiyasında iştirak edəcək deputatların siyası “ixtisar” edilib və yazılıb: “Milli Məclisin saytında dərc edilmiş məlumata görə, beynəlxalq münasibətlər komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Rafael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildir.”
Milli Məclisin saytında isə yuxarıda qeyd etdiyimiz kimi, AŞPA-nın iclasında iştirak edəcək deputatların fərqli siyahısı göstərilib. Siyahıdan aydın olur ki, nümayəndə heyəti AŞPA-nın sessiyasında tam tərkiblə iştirak edir.
Elshad Memmedli adlı birinin şəkli.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın