Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Gündəm / Millət vəkilindən “rasional üzmək” təklifi…

Millət vəkilindən “rasional üzmək” təklifi…

Millət vəkili Elşən Musayev paytaxtın tıxac problemini həlli ilə bağlı Milli Məclisdə deyib ki, Bakıdan Sumqayıta gəmi nəqliyyatının təşkili tıxac probleminin həllində mühüm rol oynaya bilər.

Maraqlıdır ki, Milli Məclisdə bir adam da deməyib ki, ay Elşən müəllim, indi biz Bakıdan Sumqayıta dənizlə getmək üçün gəmiyə harada minib, harada düşməliyik? Şəhərin mərkəzindən gəmiyə minsək, onda Sumqayıta getmək üçün gərək gəmi bütün Abşeron yarımadasını dövriyyə vursun.

Ondansa, deputat elə Bakıdan Sumqayıta piyada, gəzə-gəzə getməyi təklif etsəydi daha rasional variant olardı. Deputat deyə bilər ki, mən dənizin üstü ilə alternativ yolun salınmasını nəzərdə tutmuşam. Bu da keçərli deyil.

Çünki Abşeron yarımadasından Sumqayıta dəniz üzərindən yolun çəkilməsi üçün ən optimal yaşayış məntəqəsi Novxanı sayıla bilər. Götürək ki, dövlət Elşən müəllimə qulaq asdı və milyardından keçib dənizin üstü ilə Novxanıdan Sumqayıta bir yol çəkdi.

İndi mən Məhəmmədəli həmin yoldan istifadə etmək üçün, şəhərdən iki saata Novxanıya getməkdənsə, elə ənənəvi dədə-baba yolu ilə Sumqayıta getsəm daha tez çataram. Bilimirəm, bəlkə Bakıda Xəzərdən başqa da bir dəniz var, onu biz yox, yalnız Elşən müəllim görür?

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük …