Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Millət vəkili: “Turizm obyektlərindən qanunsuz pul yığırlar”

Millət vəkili: “Turizm obyektlərindən qanunsuz pul yığırlar”

“Niyə Bakıdan Gürcüstana gedən azərbaycanlı turistləri Batumiyə öz qatarlarımız aparmır? Tbilisidən Batumiyə Gürcüstanın öz qatarları aparır bizim vətəndaşlarımızı. Bu işi biz görə və Azərbaycan Dəmiryollarının büdcəsini artıra bilərik”.

Xezerxeber.az bildirir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Araz Əlizadə səsləndirib.

O, turizm obyektlərindən alınan qanunsuz vəsaitlərin turizm xidmətlərinin qiymətinin bahalaşmasının əsas səbəblərindən biri olmasına diqqət çəkib.

İclasda iştirak edən turizm şirkətlərindən birinin rəhbəri Ruslan Quliyev isə xaricdən turist axınını artırmaq üçün ölkədaxili aeroportların özəlləşdirilməsini gündəmə gətirib.

Otellərə ulduzların verilməsi prosesinə ciddi yanaşılması və bu prosesə nəzarətin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icra edilməsi təklif edilib.

“Turizm haqqında” qanun layihəsi Komitənin iclasında qəbul edilərək parlamentin plenar iclasına tövsiyyə olunub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın