Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Meyvə-tərəvəz bahalığının səbəbi nədir: Rusiya bazarı, yoxsa devalvasiya?

Meyvə-tərəvəz bahalığının səbəbi nədir: Rusiya bazarı, yoxsa devalvasiya?

Artıq yay mövsümünün ortalarına yaxınlaşsaq da, ölkə bazarlarında meyvə-tərəvəz məhsullarının qiyməti enmək əvəzinə daha da artır.

Meyvə-tərəvəz məhsullarının bahalaşmasına səbəb nədir? Bu, ölkə məhsullarının nəhəng Rusiya bazarına daşınması ilə bağlıdır, yoxsa devalvasiya faktoru ilə?

Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev bu məsələdə devalvasiya amilinin daha mühüm rol oynadığını vurğuladı:

“Bizdə hər zaman Rusiya bazarına məhsul daşınıb. Azərbaycanın qeyri-neft məhsullarının ixracatı deyəndə daha çox meyvə-tərəvəz yada düşür. Təəssüflər olsun ki, bizim hələ ki, meyvə-tərəvəzdən başqa qeyri-neft ixracımız yoxdur.

2014-cü ildə baş verən böhran zamanı Rusiyanın valyutası ucuzlaşdı, bizim valyuta isə sabit qaldı. Bu, bizim ixracatımızda problem yaratdı. Sonradan valyuta ucuzlaşdı, müəyyən qədər ixrac imkanlarını artırdı. Rusiya daha sonra Amerika və Avropadan gələn kənd təsərrüfatı məhsullarına embarqo qoydu. Bu bizim imkanlarımızı artırdı. Rusiyada böyük bir paya sahib olan Türkiyə məhsullarına qarşı da sanksiya tətbiq edildi. Bütün bunlar Azərbaycan məhsullarına Rusiya bazarına özünə yer tutmaq üçün şans yaratdı. Ancaq məsələ bundan ibarətdir ki, Azərbaycanın bu gün Rusiyanın kənd təəsrrüfatı məhsullarına olan tələbatını ödəmək potensialı yoxdur. Rusiyaya müəyyən qədər məhsul ixrac etməyimizə baxmayaraq hələ də bizim məhsullar Rusiya bazarında özünə tam yer tuta bilməyib.

Daxili istehsalımız son vaxtlar bahalaşıb. Burada devalvasiyanın rolu var. Bu gün faktiki olaraq bütün dərmanlar, gübrələr və s. Azərbaycana xaricdən gətirilir. Devalvasiya olanda isə təbii ki, bütün bunlar bahalaşır. Bunlar bahalaşanda isə bu, istehsal olunan məhsulun qiymətinə təsir göstərir. Qiymət artımının, bahalığın əsas səbəbi budur. Təbii ki, burada iqlim və s. kimi amillər də var ki, bunlar da qiymətlərə müəyyən qədər təsir göstərir”.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın