Şənbə , Noyabr 28 2020
Ana səhifə / Gündəm / Mehdiyevdən Əli Həsənov haqda sərt sözlər: “Həqiqi xislətini gizlədə bilmişdi”

Mehdiyevdən Əli Həsənov haqda sərt sözlər: “Həqiqi xislətini gizlədə bilmişdi”

AMEA-nın prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov haqda sərt ittihamlar səsləndirib.

Mehdiyev bu ifadələri işlədərkən ad çəkməyib. Lakin bu ittihamlarda söhbətin birmənalı olaraq Əli Həsənovdan getdiyi bəllidir. R. Mehdiyev uzun illər eyni komandada, hətta eyni binada çalışdığı şəxs haqqında deyir:

“Uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi.  Bənzər nümunələr çox olub”.

Həmçinin oxuyun

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan …