Ana səhifə / Gündəm / «Medilux» Klinikasında pasiyentləri hansı yolla soyurlar?

«Medilux» Klinikasında pasiyentləri hansı yolla soyurlar?

Dövlət Miqrasiya Xidmətinin yüksək rütbəli məmuruna məxsus olan tibb ocağında müalicə prosedurlarının effektivliyi ciddi şübhə doğurur Vahid Əmirovun direktoru olduğu klinikada bahalı dərmanların satışı üçün yeni yollar tapılıb Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, paytaxtın O.Salamzadə küçəsi 66 B ünvanında yerləşən, 2004-cü ildə fəaliyyətə başlayan «Medilux» Klinikasında olduqca ciddi problemlər mövcuddur və elə bu səbəbdən də adıçəkilən tibb müəssisəsinə müraciət edən pasiyentlər oradakı ab-havadan şikayətlənirlər. Belə ki, sözügedən klinikanın mütəmadi telekanallar vasitəsilə reklam olunduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Vahid Əmirovun direktoru olduğu tibb müəssisəsi Dövlət Miqrasiya Xidmətində yüksək rütbəli məmura məxsusdur.

Pasiyentlərin məhz həmin reklamlara inanıb «Medilux» Klinikasına üz tutduqlarına qeyd edən mənbə bildirir ki, sonda onların başına olmazın oyunlar açılır: «Deyilənlərə görə, reklamlara inanaraq «Medilux» Klinikasına müayinə olunmaq üçün müraciət edən xəstələr qiymətlərin bahalığından, o cümlədən keyfiyyətsiz tibbi xidmətdən şikayətlənirlər. Bildirilir ki, xaricdən gəlmiş «mütəxəssis»lərin apardığı müayinədən sonra pasiyentlərdə az qala «sağalmaz» xəstəlik aşkarlanıb. Üstəlik, vizit pulu reklamlarda pulsuz qeyd olunsa da, Vahid Əmirovun direktoru olduğu tibb müəssisəsində buna görə 50 manat alınır. Qeyd olunur ki, «Medilux»un direktoru klinikanı «ayaqda saxlamaq» üçün orjinal vasitələrə də baş vurur. Məsələn, onun təşəbbüsü ilə Türkiyədən, iran və digər xarici ölkələrdən «mütəxəssis»lər gətirilir və bu yolla xəstələrdən külli miqdarda pul qoparılır. Belə ki, bu həkimlərin bir çoxunun nəinki Türkiyədə, hətta işlədikləri xəstəxanalarda belə tanıyan olmadığı deyilir. Amma bu adamları bəh-bəhlə tərifləyib «Medilux» Klinikasına müraciət edən pasiyentləri onların xidmətlərindən yayarlanmasına şirnikləndirirlər». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz məlumatlarda həmçinin, o da vurğulanır ki, Vahid Əmirov bəzi apteklərlə anlaşaraq, onların bahalı dərmanlarını satdırmaq üçün yollar tapıb: «Deyilənlərə görə, «Medilux» Klinikasında xəstələrə yazılan resseptlərdəki dərmanların ümumi dəyəri ən azı 150-200 manat aralığında dəyişir. Bəzən isə xəstəliyə aid olmayan dərmanlar da yazılır ki, bu da öz növbəsində, tibb müəssisəsinin rəhbərliyi üçün əlavə qazanc mənbəyi deməkdir.

Çünki alınacaq dərmanların ən azı 35-40 faizi məhz klinikanın rəhbərliyinə çatır. Bütün bunlar onu deməyə əsas verir ki, fəaliyyət göstərdiyi 12 il ərzində heç bir ciddi tibbi uğura imza atmayan, dünyada gedən iqtisadi böhranın fonunda ölkədə baş vermiş devalvasiyaya görə, heç bir sosial kompaniya aparmayan «Medilux» Klinikasının və onun direktoru Vahid Əmirovun əsas məqsədi ancaq çoxlu pul qazanmaqdır. Deyilənlərə görə, bu tibbi müəssisədə müayinələrin qiyməti az qala Avropa ölkələrindən bahadır. Belə ki, xəstənin yaxınları öz adamlarının normal müalicəsini həyata keçirmək üçün ən azı 800-900 manatlarından keçmək məcburiyyətində qalırlar. Digər tərəfdən isə klinikanın müasir avadanlıqlarla təchiz olunmasına baxmayaraq, «Medilux» Klinikasında həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi ciddi şübhə doğurur». Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. “Gundelik-Baku.com”

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın