Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Medical Plaza”dan və bu həkimdən uzaq durun – FACİƏ

“Medical Plaza”dan və bu həkimdən uzaq durun – FACİƏ

Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardakı qanunsuzluqlar, xəstələrin aldadılması faktları, rüşvət və korrupsiyalarla bağlı çeşidli informasiyalar yayımlanmaqdadır.

Ölkənin səhiyyə sistemində adi hala çevrilmiş bu olayların daha da artması isə insanları şoka salır. Artıq bir neçə klinikada insanların aldadılması və hətda ölümlə üz-üzə qoyulması adi hala çevrilib. Elə bu hadisələrdən biri də, “Medical Plaza”da baş verib.

Artıq əsəbləri dözməyən və xəstəliyindən hələ də əziyyət çəkən Hacıyeva Aynur Adil qızı7News.Az–ın redaksiyasına üz tutdu. Bu barədə əməkdaşımızla söhbətində, Aynur xanım çox əsəbi və gərgin görünürdü. Məsələnin nə ilə bağlı olduğunu soruşduq və aldığımız cavablara mat qaldıq. Aynur Hacıyevanın şikayətini təqdim edirik: “24 aprel 2015-ci il tarixində qəbulunda oldum və 7 may 2015-ci il tarixinə vaxt təyin etdik. Bədənimdə şiş vardı. 7 may 2015-ci il tarixinə “Medical Plaza”ya yazıldım və həkim seçimini özümə həvalə etdilər. Mən də “Cərrahiyyə tədris mərkəzinin şöbə müdiri, cərrah Mübariz Əliyevi yaxşı bilim seçdim. Sığorta ilə birlikdə əməliyyata 1200 AZN pul ödədik. Ancaq əməliyyata girib-çıxana qədər həkimin üzünü görmədim. Əməliiyat bitdi və evə buraxıldıqdan 1 həftə sonra, yenə ağrılarımın olduğunu hiss etdim və yenidən müraciət etdim. Mənə “bu normaldır, ağrılar olmalıdır bir müddət” dedilər. Bir xeyli zaman keçdi amma ağrılar azalmadı. Yenidən baş vuru etdim. Rentgenə baxdıqda gördüm ki, bədənimdə olan şiş yerindədir. Dəli oldum. Təcili Mübariz həkimin yanına üz tutdum. Bu barədə soruşduqda, o mənə “Şişdən əlavə qrija da vardı. Mən onu da tikdim. Hələ gəlib dediyin sözə bax” deyə cavab verdi. Dedim bəlkə də rentgen səhv göstərib. Bir çox yerə müraciət etdim və nəticə eyni oldu. Mənim bədənimdən heç bir şiş götürülməyib. Mən “Medical Plaza” və Mübariz Əliyev tərəfindən aldadılmışam. Sonra dəfələrlə Mübariz həkimin yanına bu barədə danışmaq üçün getdikdə, o mənimlə söhbət zamanı özünü düz göstərmək üçün stolun üzərində nə var nə yox hər birini dağıtdı. Mən artıq heçnə edə bilməzdim. Ancaq əlimdən gələn şikayət etmək idi:Bunun üçün də Nəsimi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Ancaq onu da deyim ki, aldığım məlumata əsasən, bu həkim tək məni deyil, bir çox insanı bədbəxt edib” Qeyd edək ki, məsələylə bağlı qarşı tərəfin də münasibətini yayımlamağa hazırıq.

7News.Az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın