Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “McCann Erickson” “Mediqraf”ı MTN əli ilə necə ələ keçirmək istəyib?

“McCann Erickson” “Mediqraf”ı MTN əli ilə necə ələ keçirmək istəyib?

Eldar Mahmudovun işdən çıxarılmasından sonra çox sayda Milli Təhlükaəsizlik Nazirliyi əməkdaşının həbsi bir çox cinayətlərin açılması ilə nəticələndi. Hazırda həbsdə olan sabiq MTN-çilərə qarşı bir sıra ittihamlar irəli sürülüb. Cinayətlərin araşdırılması zamanı “MTN çetesi”nin qurbanı olan çox sayda iş adamı da ortaya çıxıb. Onlardan biri də İsmail Səlimov olub.
İsmail Səlimovun başına gələnlər Türkiyə mətbuatının diqqətini cəlb edib. Belə ki, timeturk.com saytı onunla bağlı geniş yazı hazırlayıb. Yazıdan bəzi maraqlı məqamları təqdim edirik.
Moskvada hüquq təhsili alan İsmail Səlimov ötən əsrin 80-ci illərində Azərbaycana dönərək bir müddət prokurorluq orqanlarında çalışıb və sonradan küçə reklamları ilə məşğul olan “Mediaqraf” şirkətini qurub. Qısa müddətdə şirkətin dəyəri 700 min dollara yüksəlib.
Elə problemlər də bundan sonra başlayıb. Belə ki, ABŞ-ın “McCann Erickson” şirkətinin Bakı təmsilçisi Gəray Yusifzadə və Milli Təhlükəsizlik Nazirliyində ona himayəçilik edən “Akula Akif” ləqəbli Akif Mustafayev “Mediqraf”ı ələ keçirmək istəyib. Bununla bağlı timeturk.com-a danışan İsmail Səlimov bildirib ki, şirkəti almaq istəyən Gəray Yusifzadə ilə Bakıdakı otellərdən birində görüşüblər. Səlimov şirkəti üçün 700 min dollar istəyib, qarşı tərəf isə bununla razılaşmayıb.
Bundan sonra isə İsmail Səlimovun işlərində problemlər yaramağa başlayıb. Əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti reklam fəaliyyətinə görə ondan aldığı məbləği artırıb və fəaliyyətinə əngəllər yaratmağa başlayıb. İsmail Səlimov bildirir ki, bütün bunlar şirkətini ucuz qiymətə almaq istəyən Gəray Yusifzadə tərəfindən planlaşdırılıb. 2012-ci ilin iyun ayında isə Bakı şəhər İcra Hakimiyyəti “Mediqraf”la əməkdaşlığı dayandırdığını açıqlayıb.
Bununla razılaşmayan İsmail Səlimov məhkəməyə müraciət edib. İqtisad Məhkəməsinin hakimi tərəfləri barışdırmağa çalışıb. Hakimin otağında İcra Hakimiyyətinin vəkili İsmail Səlimova “Şirkətini satmağın üçün sənə edilən təkliflə niyə razılaşmırsan?” sualını verib.
Məhkəmədən sonra Gəray Yusifzadə yenidən İsmail Səlimova zəng edərək görüşmək istədiyini bildirib. Görüş Bakıdakı otellərdən birində baş tutub. Bu dəfə “Mediqraf”ın 350 min dollara satışı gündəmə gəlsə də, görüşdə iştirak edən digər şəxslər şirkəti daha ucuz qiymətə satması üçün İsmail Səlimovu MTN əməkdaşı Akif Mustafayevin adı ilə təhdid etməyə başlayıb.
Rədd cavabı alan qruplaşma üzvləri bu dəfə “Mediqraf”ı pulsuz ələ keçirmək yolunu tutub. Bakı şəhər İcra Hakimiyyətinin Reklamlar Deparmatentinin və MTN-in açıq dəstəyini arxasına alan Gəray Yusifzadə heç bir səbəb olmadan “Mediaqraf”a məxsus küçə reklamlarını toplatdırıb. İsmail Səlimovun şikayətləri isə cavabsız qalıb. İlham Əliyevin Eldar Mahmudovu nazir vəzifəsindən azad etməsindən sonra lazım olan yerlərə şikayət edən şirkət rəhbərinə təzyiq edənlərdən 3-ü saxlanılıb. Ölkədən qaçan Akif Mustafayev isə hazırda “İnterpol” xətti ilə axtarılır.
İsmail Səlimov Baş Prokurorluq tərəfindən aparılan istintaqın obyektiv aparılacağına inandığını bildirib. (Bizimxeber.az)

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın