Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Maşın bazarında külli miqdarda vəsait vergidən yayındırılır – İTTİHAM VAR

Maşın bazarında külli miqdarda vəsait vergidən yayındırılır – İTTİHAM VAR

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən «maşın bazarı»nda son zamanlar ciddi problemlər yaşanmaqdadır.

Belə ki, bu ilin iyun ayında avtomobil ehtiyat hissələri satışı bazarında baş vermiş yanğından sonra adıçəkilən məkanda ticarətlə məşğul olan şəxslərin acınacaqlı durumla üz-üzə qaldıqlarını bildirən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə qeyd olunur ki, adıçəkilən ticarət mərkəzində alverlə məşğul olan sahibkarlara qarşı bazar rəhbərliyi tərəfindən haqsızlıqlar gün keçdikcə daha çox artır.

Beləliklə, 1995-ci ildən «maşın bazarı»nda ticarətlə məşğul olduğunu vurğulayan adının çəkilməsini istəməyən Qarabağ əlilinin sözlərinə görə, bazar yanarkən ona və digər Qarabağ əlillərinə, veteranlara külli miqdarda ziyan dəyib: «Lakin buna baxmayaraq, bazarın sahibi Rasim Salmanov və onun əmisi oğlu, bir zamanlar məhbus həyatı yaşamış İldırım heç bir tutarlı səbəb göstərmədən icarə haqqını birdən-birə qaldırdı. Qeyd edim ki, bazarın sahibi Rasim olsa da, idarəetmə işlərinə İldırım baxır. Gedib məsələ ilə bağlı bazar rəhbərliyi ilə görüşdüm. Bizimlə üzbəüz olan dükan sahiblərindən hər kvadratmetrinə görə 50 manat alsalar da, Qarabağ əlillərindən, veteranlardan 3 dəfə artıq, yəni 150 manat alınır.

Bazarın sahibi Rasim Salmanov bildirdi ki, Qarabağ əlili, veteran olduğunuzu bilirəm, hələ 300 manat elətdirəcəm. Dedi ki, bazar özəldir, burda ancaq mənim qoyduğum qaydalar işləyir. Mənə heç kim təsir göstərə bilməz. Qeyd etdi ki, bazarda Qarabağ əlili rol oynamır. Nə bilirsinizsə onu da edin. Heç kimdən, heç nədən çəkinmirəm. Dedi ki, hara və kimə istəyirsənsə şikayət edə bilərsən».

Bu arada, Rasim Salmanovun sahibi olduğu bazarda külli miqdarda vergidən yayınma hallarının yaşandığını iddia edən Qarabağ əlili qeyd edir ki, bazarda ümumi vergi verilir: «Əgər camaatdan qanuna müvafiq formada vergi alınsa, o zaman bu, dövlət büdcəsinin doldurulmasına xeyli yardımçı olar. Nəzərinizə çatdırım ki, vergini, icarə haqqını, avtomobil dayanacağı üçün pulu da bazarın rəhbəri Rasim müəllimin adamları yığır. Hazırda bazarda vergiyə görə hər bir mağazadan 170 manat yığılır. Büdcəyə ödəniş etdikdə isə 40 manat ödənilir. Yerdə qalan pullar isə mənimsənilir. Hər həftə «axran pulu» kimi hər mağazadan 15 manat yığılır. Zibil pulu da ayrı yığılır. Hələ bu, harasıdır. «Maşın bazarı»nın rəhbərliyi elektrik enerjisini 7 qəpikdən alıb bazarda çalışanlara 2 dəfə baha, yəni 14 qəpiyə satır.

Bu, birbaşa qanun pozuntusudur.

Çünki dövlətin elektrik enerjisinə görə təyin etdiyi qiyməti «maşın bazarı»nın rəhbəri qanunsuz olaraq artırıb. Məhz bu kimi əməllərin sayəsində bazarın rəhbəri olan Rasim Salmanovun həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda evi, bir neçə villası, geniş torpaq sahələri, biznes obyektləri var. Lakin buna baxmayaraq, o, bazarda çalışan Qarabağ əlillərinə, veteranlara «göz verib işıq vermir», onların haqlarını tapdayır. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Rasim Salmanovun təkcə Xətai rayonu ərazisində 37 obyekti var. Onların ən kiçiyinin sahəsi 2 min kvadratmetrdir.

Bundan başqa, Rasim müəllimin 16 mərtəbəli 3 binası var. Lakin onların heç birini satışa buraxmayıb. Maraqlıdır, görəsən o, bu qədər sərvəti hansı yollarla əldə edib? Yəqin ki, müvafiq qurumlar «maşın bazarı»nda yaşananları, həmçinin Rasim Salmanov və İldırım müəllimin fəaliyyətini araşdırsalar, bu və digər bir sıra önəmli suallara aydınlıq gətirilə bilər. Onda məlum olacaq ki, Rasim Salmanov və əmisi oğlu İldırım camaatın, əsasən də Qarabağ əlilləri, veteranların cibinə girir. Bütün bunlardan sonra belə güman etmək olar ki, bazar qəsdən yandırılıb. Çünki məhz bazar yandırıldıqdan sonra qiymətlər də anidən qaldırıldı».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın