Şənbə , Yanvar 23 2021
Ana səhifə / Gündəm / Maşın bazarında kəskin bahalaşma – VİDEO

Maşın bazarında kəskin bahalaşma – VİDEO

Maşın bazarında qiymətlərdə ciddi yüksəlmə müşahidə olunur. Alıcı marağı yüksək olsa da, qiymətlərin bahalaşması onlara seçim etməkdə çətinlik yaradır. Ən çox təlabat isə ikinci əl avtomobillərədir.
Paytaxtın maşın bazarında bu həftəsonu canlanma yaşanıb. Bazarda alan da çox, satan da.
Satıcılar bildirir ki, qiymətlərdə artım müşahidə olunur. Özü də bu artım kiçik həcmdə yox, min manatlarla ölçülür.
Bazarda maşın almaq üçün gələnlər çox olsa da qiymətlərin bahalaşması səbəbindən arzuladıqları maşınları tapmaqda çətinlik çəkdiklərini deyirlər. Alıcılar da qiymət artımının min manatdan daha çox olduğunu deyirlər.
Bazarda ən çox satılan avtomobillər isə ənənəvi olaraq yenə də Almaniya istehsalı olan maşınlardır. Xaricdən yeni gətirilən avtomobillərin qiyməti həddən artıq baha olduğuna görə isə bazarda tələbat əsasən ikinci əl maşınlaradır.
Dia.az Xəzər TV-yə istinadən geniş videoreportajı sizə təqdim edir.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın