Bazar , Noyabr 29 2020
Ana səhifə / Gündəm / Maşın atları vurdu, sığorta şirkəti at sahibini məhkəməyə verdi – İlginc olay (SƏNƏD)

Maşın atları vurdu, sığorta şirkəti at sahibini məhkəməyə verdi – İlginc olay (SƏNƏD)

Cəlilabad rayonu Qaracənzir kənd sakini Məlik Xəlilov tərəfindən Mia.az-a maraqlı məktub daxil olub.
Şikayətçi yazır ki,  Beynəlxalq Sığorta Şirkəti onu məhkəməyə verərək pul tələb edir:
“Hal-hazırda işim Cəlilabad rayon Məhkəməsindədir. Məsələ burasındadır ki, 17 may 2015-ci il tarixdə Bakı-Astara yolunda mənim və həmkəndlim Əzizağanın atını “Hunday Sonata” markalı, 90-CF-081 nömrəli avtomobil vurub. Nəticədə onun atı ölmüş, mənim atımın isə qıçı sınıb. İndi bu “Beynəlxalq Sığorta Şirkəti” adlanan təşkilat vətəndaşa sığorta pulunu özü ödəməli olduğu halda, həmin pulu mənim boynuma yükləyir. Sizə yazmağımda məqsədim odur ki, onların “qruzladığı” adam təkcə mən deyiləm, Azərbaycanda minlərlə adam bu şirkət tərəfindən mənim kimi tələyə salınıb…”.
Şikayətçi həddən artıq kasıb dolandığını da yazaraq, sığorta şirkəti haqda uzun-uzadı tənqidlər və cəmiyyətdə dolaşan şayiələr əsasında müxtəlif fikirlər irəli sürüb.
Sonda isə aidiyyatı qurumlardan bu olaya müdaxilə edərək, müvafiq tədbir görmələrini xahiş edib.

Həmçinin oxuyun

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan …

Bir cavab yazın