Ana səhifə / Gündəm / Mais Bərxudarovdan ittihamlara CAVAB

Mais Bərxudarovdan ittihamlara CAVAB

“Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında korpus komandiri, general-leytenant Mais Bərxudarov həbsdə olan general-mayor Bəkir Orucovun onu ittiham etməsinə münasibətində deyib.

Qeyd edək ki, “Tərtər işi” ilə bağlı məhkəmə prosesində mühakimə olunan general-mayor Bəkir Orucov korpus komandiri Mais Bərxudarovu ittiham edib.

O, məhkəməyə ifadəsində bildirib ki, işgəncələrin durdurulması üçün Mais Bərxudarova müraciət edib:

“Mən baş verənlərdən narahat idim. Tez-tez Mais Bərxudarova məruzə edirdim. Hər dəfə də baş verənlərdən narahatlığımı bildirirdim ki, bu məsələlər varsa, Hərbi Prokurorluq, yaxud da başqa qurumlar araşdırsın. Onun cavabı isə mənə mənfi olmuşdu. Mənə dedi ki, nazir Zakir Həsənov ona zəng vurub. Nazir Bərxudarovdan Hikmət Həsənovun korpusunda baş verənlərdən nümunə götürməsini istəyib. Mais Bərxudarov mənə “Nazir dedi ki, nədən qorxursan, Hikmət kimi işləyin, hamısını ifşa edin” , – deyə son və qəti sözünü bildirdi”.

Mais Bərxudarov isə açıqlamasında Azərbaycanın hüquqi dövlət olduğunu və hər şeyin qanunla həllini tapdığını deyib:

“Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq”.

Həmçinin oxuyun

Maksimum bal toplayan abituriyent: “Arzum Prezident təqaüdü almaqdır”

11 illik orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında maksimum nəticə göstərən 14 nəfərdən biri …