Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Gündəm / Məşhur şirkət Azərbaycanda kimə rüşvət verib? – Qalmaqal

Məşhur şirkət Azərbaycanda kimə rüşvət verib? – Qalmaqal

Avtomobil istehsalında dünya brendi olan “Rolls Roys” şirkətinin Azərbaycanda hökumət rəsmilərinə rüşvət verdiyi üzə çıxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilir ki, şirkət Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Angola, Malaziya, Nigeriya və İraqın hökumət rəsmilərinə rüşvət verib. Məlumata görə, bu, ABŞ, İngiltərə və Braziliyanın korrupsiyaya qarşı mübarizə qüvvələrinin birgə apardığı istintaqlar zamanı aydın olub. Məlum olub ki, şirkət 2000-2013-cü illər ərzində xarici hökumət rəsmilərinə dövlət tenderlərini udmaq qarşılığında 35 milyon dollar rüşvət verib.
Bildirilir ki, ittihamları qəbul edən “Rolls Roys” ABŞ, İngiltərə və Braziliya hökumətlərinə bütövlükdə 800 milyon dollar cərimə ödəməlidir.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın