Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Gündəm / Məşhur ingilis klubunu satın almaq istəyən Nəsib Piriyev kimdir?

Məşhur ingilis klubunu satın almaq istəyən Nəsib Piriyev kimdir?

Azərbaycanlı iş adamı Nəsib Piriyev İngiltərə Premyer Liqasında çıxış edən klubu sahiblərindən biri ola bilər.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, həmyerlimizin rəhbərliyində təmsil olunduğu “PAI Capital”kooperasiyası “Vest Hem” klubunu satın almaq istəyir. Azərbaycanlı iş adamı klubun satın alınması üçün 400 min funt-sterlinq ödəməyə hazırdır. 
“PAI Capital”ın İdarə Heyətinin üzvü Filip Beard “Vest Hem”i satın almaq istədiklərini təsdiq edib. Klubun İdarə Heyətinin sədri David Sullivan isə tələb olunan məbləğdə hələ təklif gəlmədiyini bildirib. 

“PAI Capital” “Vest Hem”i almaq istəyinin səbəbi məhz Nəsib Piriyev amilidir. Belə ki, azərbaycanlı iş adamı 1986-cı ildən bu kluba azarkeşlik edir.
Nəsib Piriyev iş adam Nizami Piriyevin oğludur. 1992-2002-ci illərdə “PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti kimi fəaliyyət göstərən Nizami Piriyev sonradan Rusiyanın “StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib. 

Nəsib Piriyev
Nizami Piriyevin adı Azərbaycan oxucularına daha çox 2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfər edən zaman tanış oldu. Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmış, həmçinin şirkətlə bağlı tədbirdə iştirak etmişdi. O zaman bildirilirdi ki, bunun üçün şirkət Toni Bleyerə 200 min funt-sterlinq qonorar ödəyib. 
Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələri sırasından olan layihədir. Zavodun tikintisi üçün 120 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankı, bir hissəsini isə Azərbaycan Beynəlxalq Bankı kredit şəkilində ayırıb. 
Nizami Piriyevin şirkətlərinin bir hissəsinə isə N. Piriyevin oğlu Nəsib Piriyev rəhbərlik edir. Ümumilikdə Piriyevlər ailəsinin orta Asiyada – Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları Özbəkistanda ayaqqabı istehsalı biznesi var.
Bundan əlavə ABŞ-da qeydiyyatdan keçən «PNN Group» holding «De Bers» və «Hamleys» şəbəkəsinin Azərbaycan və Ukrayna üzrə distrübiteridir.  
AzMeConun internet saytı yazır ki, Nizami və Nəsib Piriyevlərin Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi var. 
Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Azadliq.org yazır ki, var-dövlətinin  miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli olaraq, Piriryevlərin sərvəti haqda məlumat AzMeCo-nun saytında yerləşdirilib.
Oğul Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüser və biznesmendir. Nəsib atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.

Nəsib Piriyev
Ölkəmizdə həmçinin “KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.
Nizami Piriyevin şirkətlərinin bir hissəsinə atasının adını verdiyi oğlu Nəsib rəhbərlik edir. Ümumilikdə Piriyevlər ailəsinin Mərkəzi Asiyada – Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. AzMeConun internet saytı Nizami və Nəsib Piriyevlərin Qazaxıstanda 7 televiziya və radio kanalını, nəşriyyat evini birləşdirən media holdinqinin olduğunu da yazırdı.
1981-ci il iyunun 2-də dünyaya gələn Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüseri və biznesmendi. Atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.
Onun haqqında başqa maraqlı bilgilər də var. Belə ki, İnterpol 2015-in avqustunda Nəsib bəyin axtarışa verilməsi ilə bağlı xəbər yaymışdı.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən oğul Piriyev dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılsa da, istintaqdan yayınmışdı.
Beynəlxalq Bankdan kredit götürdüyü 170 milyon dolları qaytarmamaqda suçlanan Piriyev həmin vaxt Londondan yaydığı xüsusi açıqlamada borc faktını inkar etmiş, onun haqqında yalan məlumat yayan şəxsləri məhkəmə ilə hədələmişdi. 

Həmçinin oxuyun

Tək “Azərxalça”dan 22 milyon oğurlanıbsa… – büdcə talanını necə durduraq?

Məlum olduğu kimi, Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov 21 milyon 673 min …