Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Mərkəzi Bankın sədr müavini niyə dinlənilib? – Həbsdəki generallar və müavinlə bağlı yeni detal

Mərkəzi Bankın sədr müavini niyə dinlənilib? – Həbsdəki generallar və müavinlə bağlı yeni detal

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Aftandil Babayev “MTN işi” üzrə istintaqda dindirilib.

Ləğv edilmiş MTN-in generallarının cinayət işi üzrə araşdırmalar zamanı məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 2015-ci il sentyabrın 22-dən dinlənilib.

Onun dinlənilməsini sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə general Sübahir Qurbanovun müavini Fizuli Əliyev sifariş verib. Dinlənilməyə əsas kimi Azad Səlimli və Əflatun Hacıyev ad-soyadlı şəxsin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.

Generalların işi üzrə zərərçəkmiş kimi tanınan Aftandil Babayev istintaqda dindirilib.

O bildirib ki, Mərkəzi Bankının idarə heyətinin sədr müavini vəzifəsində işləyir və istifadəsində 493-11-96 nömrəli xidməti telefon var:

“Mən xidməti işlə əlaqədar həmin telefondan istifadə edib danışıqlar aparıram. Heç vaxt hüquq-mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam, ora aparılmamışam. Mənə qarşı həmin nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib”.

Qeyd edək ki, A.Babayevin dinlənilməsinə başlanılandan 3 həftə sonra Eldar Mahmudov vəzifəsindən çıxarılıb və onun generallarının cinayətlərinin ifşasına başlanılıb. (Qafqazinfo)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın