Ana səhifə / Gündəm / Mərkəzi Bankın adından kimlər və niyə saxta sənəd yayıb? – SƏNƏD

Mərkəzi Bankın adından kimlər və niyə saxta sənəd yayıb? – SƏNƏD

Ekspertlər ictimaiyyəti çaşdıran bu tipli xəbərləri yayanların tapılmasının vacibliyini vurğulayırlar

Sosial şəbəkələrdə Mərkəzi Banka aid olduğu bildirilən sənəd yayılıb. Bu, 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına nisbətdə məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktubdur. 
Mərkəzi Bankın rəsmi blankında kommersiya banklarına göndərildiyi bildirilən məktubda martın 18-dən etibarən dolların kursunun 1,28 manata endiriləcəyi, üzən məzənnə siyasətindən imtina ediləcəyi və təkvalyutalı siyasətə keçiləcəyinə aid məlumat verilir. Bu məktub ciddi müzakirələrə məruz qalıb. Mərkəzi Bank isə martın 18-dən dolların qiymətinin düşəcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər haqda açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən musavat.com-a daxil olan açıqlamada bildirilir ki, sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.
Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.
Ekspertlər isə bu kimi çaşdırıcı xəbərlərlə, məktublarla ictimaiyyətdə panika yaradan şəxslərin cəzalandırılmasının vacib olduğunu bildirirlər.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu tipli açıqlamalar yayanlar tapılmalıdır:“Dövlət orqanlarının borcudur ki, belə bir saxta sənədin yayılma mənbəyini və bunun səbəblərini araşdırsınlar. İctimaiyyətə məlumat versinlər. Çünki bu, çox vacib məsələdir. Cəza mexanizmi olmalıdır. Panika yayan və insanlar arasında ciddi narahatçılıq yarada bilən sənədlərin yayılması, özü də Mərkəzi Bank kimi bir qurumun adından yayılması ciddi faktdır. Dövlət orqanlarının borcudur ki, bunu araşdırsınlar. Çünki belə bir presedent yaranmaması, gələcəkdə bu cür psixoloji əməliyyatların həyata keçriilməsinin qarşısının alınması üçün cəza mexanizmi olmalıdır. Çünki əgər burada cəzasızlıq hökm sürərsə, sabah başqa provakasiyaların da şahidi ola bilərik. İctimaiyyəti aldadıcı addımların da şahidi ola bilərik. Ona görə də ciddi şəkildə bu məsələ araşdırılmalıdır, cəzalar tətbiq olunmalıdır. Bu, insanların həm psixoloji durumuna, həm iqtisadi durumuna təsir göstərə biləcək amillərdəndir. Bu psixoloji əməliyyatların dəfələrlə Azərbaycanda da şahidi olmuşuq. Məsələn, bir müddət öncə də müxtəlif saytlarda manatın yenidən köhnə məzənnəyə qayıdacağı haqqında şayiələr dolaşırdı. Bu şayiələr də ciddi şəkildə insanları narahat edirdi. Bu məsələ kökündən həll olunmalıdır. Mənbəyi tapılmalıdır. Kimin bunu etdiyi, nəyə görə etdiyi araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir”.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın