Ana səhifə / Gündəm / Mərhum yazar Mövlud Mövludun ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATLARI – VİDEO

Mərhum yazar Mövlud Mövludun ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATLARI – VİDEO

ARB TV-nin “Yolun sonu” verilişi bu dəfə mərhum yazar Mövlud Mövluda həsr olunub.

Naibə Qurbanova – Jurnalist: “Mövlud əslində bilirsiz necə idi, cavan oğlan, ancaq mənə görə 70-80 yaşında bir oğlan idi. Fikirləri sanki, çox yaşlı insana məxsus idi. Amma mən deyirdim ki, mütləq 30 yaşın olmalıdı, böyüməlisən sən. O yaşda elə adam görməmişdim. Sanki uşaqlığından qopa bilmirdi, küsəyən, emosianal. Keçmişi ilə yaşayırdı. Uşaq vaxtı eşitdiyi hansısa mahnı onu ağlada bilirdi. Çox duygusal idi. Onun bir yazısı var idi “Ahmet Kaya çocukları”. Vaxtı ilə qulaq asdığı Ahmet Kaya mahnılarını unuda bilmirdi. Möhkəm bir travması var idi. Mövlud kimi adam üçün onlar cılız söhbətlərdi ki, maaş, iş falan. Mövlud sevgi acı idi. Mövlud kiçik bir ömür yaşadı, amma nə yaşadısa, o 3 ildə Sevinclə yaşadı. Biz deyirdik ki, yorularsan onla. Buna baxmayaraq onlar arasında sevgidən də ötə bir bağlılıq var idi. Mövluda dözmək çox çətin bir şey idi. Heç kim istəməzdi ki, qızını Mövlud kimi bir insana ərə versin. Mövludla yaşamaq qəhrəmanlıq idi. Bir saniyənin içində dəyişə bilirdi. Mövludun daxili üsyanı, Sevinc gedəndən sonra partladı. Sevincin gedişi, onun özünü təsdiqləməsi oldu. Binada yanğın hadisələrində, təsəvvür edirsiz 14-cü mərtəbədən sənin yanından meyidlər gedir, biz oradan salamat ana-bala gözlüyürük. Mövlud yanımızda nə vəziyyətlərə düşürdü. Yalandan deyirdik ki, indicə danışmışıq. Mən Mövludu aldadırdım. Sevinclə ayrılandan sonra yenə o binanın yanından keçirdik, yağış yağırdı. Arxaya çönüb gördüm ki, Mövlud üzünü tutub ağlayır. Sevincə qarşı kinim var idi. Dolayı yolla çatdırmışdım ki, Mövluda nəsə olsa, Sevinc mən sənlə bitirirəm hər şeyi. Mənə dedi ki, intihar edəcəm, anama, oğluma məktub yazacam. Mən də zarafatla dedim ki, kəndirin qırılar biabır olarıq. Səhər işə gedəndə gördüm ki, zəng gəldi. Vüsalə hiss elədim ki, ağlıyır. Dedi ki, xəbərin yoxdu? Mövlud dedi, qışqırırdım ki, yalan deyirsən, zarafat edirsən”.

Kənan Hacı – Yazıçı: “Mövludla bağlı həqiqəti hələ də qəbul edə bilmirəm ki, Mövlud yoxdur. Onun yoxluğu heç bir ağıla sığmır. Gözlənilməz nəticələr çıxarırdı mətnlərdən, başqaların görə bilmədiyi həssas məqamları görürdü. Görünür bu da onun həyatda rahat yaşamağına mane olan səbəblərdən biri idi. Mövludun içində yırtıcı bir yaradıcılıq var idi. Vaxt azlığından gileylənirdi, çox şeylər yazmaq istəyirdi, yaza bilmədi. Can atırdı ki, yazsın”.

Sevinc Fədai – Həyat yoldaşı: “Danışırdı ki, mən həmişə xəyanət görmüşəm, sevgi görməmişəm, qayğı görməmişəm. Bir dəfə xəstələnən də mən ona şəkər, limon, su qarışdırıb içizdirmişdim, yaxşı təsir etmişdi. Mənə işdən yazırdı ki, mənə gətir də ondan. Sonra mənə deyirdi ki, əslində onu içmək üçün yox, səni görmək üçün çağırmışdım. Bir dəfə mənə yazdı ki, mənlə evlənərsən? Yazdım ki, Mövlud biz yaxşı dostuq, belə söhbətlərlə dostluğumuzu pozmaq istəmirəm. Dedi ki, az vaxtı səni tanıyıram, amma sən də mənim kimisən. O təklifdən sonra neçə ay danışmadıq, küsülü olduq, sevgi yaşamadıq. Ondan sonra məndən qaçırdı ki, mən səni bədbəxt edəcəm, məndən uzaq dur. Deyirdim ki, dərdini mənlə bölüş. Gecə vaxtı zəng vururdu. Bir neçə şeir, mahnı sözlərini deyirdi. Məsələn: “Karanlık gecələrə ortak edəməm səni, kıyamam, kıyamam sana”. Qəfil zəng vurdu, dedim ki, mən də sənə zəng vurmaq istəyirdim, amma edə bilmirdim. Dedi ki, yaxşı elədin, sən zəng eləməli deyildin ki, mən eləməliydim. Yanvar ayında barışdıq, qəfildən dedi ki, biz evlənməliyik. Adi bir şeydən də depressiyaya düşürdü. Elə bilirdi ki, dünyanın axırıdı. Görürdük ki, əslində kiçik bir şey imiş, böyüdüb. Görürdü ki, kiçik bir şey imiş, axırda deyirdi ki, sənə qurban olum ay Sevinc, məni çıxardın bu şeydən, sən olmasaydın mən nə edərdim. Bir gün ayrı-ayrı yerlərdə hərəmiz öz dostumuzla oturmuşduq. Birdən telefona mesaj gəldi, gördüm yazıb ki, Ucal. Bildim söhbət nədən gedir. Yazdım ki, hə, bax budur. Hara gedirdi, Mövludla gedirdim. Hətta deyirdilər ki, bu nədir, Sevinc bütün kişi məclislərində oturur, hər yerə Mövludla gedir. Onu qoruyurdum. Sonra Ucal oldu. Məni Ucala da qısqanırdı. Ucal təzə olmuşdu, işdən gələndə mən qapını açmayanda əsəbləşirdi ki, Sevinc açsın. Son aylarda psixoloq da təklif elədim, uzun müddətli müalicə almasını istədim. Ağlıyırdı ki, filan dostum mənə niyə belə elədi. 1 həftəyə, 2 həftəyə özünə gəlirdi. Hər şeyin acığını məndən çıxırdı, deyirdi ki, bağışla, sənə gücüm çatır. Mənə deyirdi ki, sən necə bu qədər yaxşı ola bilərsən. Elə bil nəsə axtarırdı. Dedim ki, Mövlud o qədər axtardın ki, özünü bu vəziyyətə saldın. Mən o vaxt getdim ki, içimdə çox ağır bir hiss var idi. Deyirdim ki, mən getməsəm çox pis şeylər olacaq. Boşanmaq sözünü bizim nigahda görmürdüm, sadəcə getmək istəyirdim. Dedilər ki, Mövludla bağlı xəbər var, bildim ki, yaxşı şey olmayıb. Açıb şəklini gördüm, 17-ci mərtəbədən özünü atıb. Axırını oxumadım. Mən çox küsəyən adamam. Amma Mövluddan küsəndə tez barışırdım. İndi belə bir şey elədiyi üçün küsmüşəm ondan”.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın