Bazar , Fevral 25 2024
Ana səhifə / Gündəm /  “MƏNİM İŞİM ADAM TUTMAQ OLMAYIB!”-  Mövlam Şıxəliyev 

 “MƏNİM İŞİM ADAM TUTMAQ OLMAYIB!”-  Mövlam Şıxəliyev 

 

“Mətləb Mustafayevin bəraət almasından xəbərim var. Amma onu deyə bilərəm ki, onun həbsinə və istintaqına görə mən məsuliyyət daşımıram. Qanunverciliyə diqqət etsəniz görərsiniz ki, istintaqa nəzarət edən orqan var”.

Bu sözləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev Gununsesi.info-nun mövzu ilə bağlı sualını cavablandırarkən söyləyib.

Qeyd edək ki, MTN-nin  ittihamları ilə həbs edilən Mətləb Mustafayev iki gün əvvəl Bakı Apellyasiya Məhkəməsində bəraət alıb. Bununla da bir daha M.Mustafayevin saxta ittihamlarla, sifarişlə həbsə atıldığı təsdiqini tapmış olub.

Ancaq o vaxtkı MTN-in baş istintaqçısı Mövlam Şıxəliyev özünün məsuliyyətini qəbul etmədiyini deyib. “Mənim işim adam tutmaq olmayıb. Heç kimin də istintaqını aparmamışam. İşim məktublara imza atmaq olub” – deyə, sabiq baş idarə rəisi əlavə şərh verməkdən imtina edib.

M.Şıxəliyevin “istintaqa nəzarət edən orqan var” ifadəsini prokurorluğun “bostanına atılan daş” kimi qiymətləndirmək olar.

Həmçinin oxuyun

Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir …