Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Məmur övladlarının insan ölümünə səbəb olduğu qəzalar – SİYAHI

Məmur övladlarının insan ölümünə səbəb olduğu qəzalar – SİYAHI

Bu gün tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcov idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə 24 yaşlı qızı vurub. Hadisə yerindən qaçan sürücü polis əməkdaşları saxlaya bilib. Bu nə ilk, nə də sonuncu belə hadisədir. Ümumiyyətlə son illərdə biznesmen övladlarının, məmur balalarının törətdiyi qəzalarda çoxlu sayda sadə vətəndaş həyatını itirir. Bu qəzalara səbəb nədir? Ehtiyatsızlıq, yüksək sürət, yoxsa özbaşınalıq?

Avtosfer.az xəbər verir ki, bu barədə “qaynar” vəzifə sahiblərinin və biznesmen övladlarının törətdiyi qəzaları nəzərinizə çatdırır. Xatırlayırsınızsa bir neçə il öncə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini olan Mübariz Mədətovun oğlu Xalid Mədətov “Mercedes-Benz G-55” markalı avtomobilini yüksək sürətlə idarə etdiyi üçün qəza törətmiş və hadisə nəticəsində Azərbaycan Respublikasının xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişmişdi. Bu cinayət cəzasız qalmadı. Xalid Mədətov vəzifəsindən uzaqlaşdırıldı, oğlu isə həbs olundu, lakin bir müddət əvvəl amnistiya ilə sərbəst buraxıldı.

 

2016-cı ildə Respublika Klinikasının keçmiş baş həkimi, Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olmuş Yuzasif Kərimovun oğlu Rəhim Kərimov “Real” Məhdud Məsuliyyətli Müəssisəyə məxsus olan “Mercedes-Benz S350” markalı avtomobili ilə yol hərəkət qaydasını kobud şəkildə pozaraq qəzaya səbəb olub və məhkəmə hakimi olan Elbəy Allahverdiyevin oğlu, ADA-nın 3-cü kurs tələbəsi olmuş Rüfət Allahverdiyev hadisə zamanı həyatını itirib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın