Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Məleykə Abbaszadə də Hicran Hüseynova kimi çətin vəziyyətdə – 150 min dollar kimdədir?

Məleykə Abbaszadə də Hicran Hüseynova kimi çətin vəziyyətdə – 150 min dollar kimdədir?

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadənin başının üzərini qara buludlar alıb. TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin adı hallanan 150 min dollarlıq qalmaqal Məleykə Abbaszadəni də çətin vəziyyətə salıb.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal Ibrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Baş Prokurorluğun yaydığı məlumata görə, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Elnur Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.
Amma maraqlıdır ki, Elnur Nağızadənin qohumları bu məsələdə Məlekə Abbaszadəni günahlandırır. Azadlıq.info-nun məlumatına görə, onun əmisi Tahir Nağıyev TQDK sədrini ittiham edərək dediklərini yaxın günlərdə keçirəcəyi mətbuat konfransında əsaslandıracağını bildirib. Bu iş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adı keçən 170 min dollarlıq qalmaqalı xatırladır.

Yada salaq ki, sözügedən komitənin sabiq aparat rəhbəri Səfər Imanov Eynur Kərimov adlı vətəndaşdan işə düzəltmək adı ilə 170 min dollar alaraq qaytarmayıb. Lakin bu məsələdə Səfər Imanov əsas fiqur deyil. O, sadəcə vasitəçi olub. Həmin pul isə Hicran Hüseynovaya verilib. Bunu biz yox, Səfər Imanov özü iddia edir. Eynur Kərimovun vəkili Adəm Məmmədov hətta bu məsələ ilə bağlı Səfər Imanovun səs yazısını da ictimailəşdirib.

Artıq Elnur Nağızadənin adı hallanan qalmaqalda da əsas diqqət Məleykə Abbaszadəyə yönəlməyə başlayıb. Xüsusilə Elnur Nağızadənin əmisinin açıqlamaları TQDK sədrini çətin vəziyyətə salıb./AzPolitika/

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın