Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Gündəm / Lerikin deputatından prezidentə şikayət – VİDEO

Lerikin deputatından prezidentə şikayət – VİDEO

Bir müddət öncə sizə Masallı rayonunda yerləşən və Lerik rayonu 78-saylı seçki dairəsindən seçilən millət vəkili İqbal Məmmədova məxsus quşçuluq fermasının sakinlərin narazılığına səbəb olduğu haqqda məlumat vermişdik.BTV bildirir ki,həmin ərazidə yaşayan sakinlər yenidən bizim redaksiyaya müraciət edərək, bildirdilər ki, fermadan gələn üfunətin qoxusu günu-gündən artır, artıq burada yaşamaq mümkünsuz hala gəlib.

Sakinlər həmçinin əlavə etdilər ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də onların müraciətinə baxan tapılmayıb.. Ona görə də şikayətçilər kənddə girən yolu bağlayaraq öz etirazlarını müvafiq orqanların nəzərinə çatdırmaq istəyirlər və düşünürlər ki, bəlkə bu yolla onların səsinə səs verən tapılar. Sakinlərin sözlərinə görə bu dəfə də onların şikayətlərinə baxılmasa son addım kimi prezident adminstrasiyasına müraciət edəcəklər. Hətta bu səbəblə artıq imza toplamağa da başlayıblar. Qeyd edək ki, İqbal Məmmədov millət vəkilindən daha çox biznesmen kimi tanınır və bu cür qalmaqallı məsələlərdə adı tez-tez hallanır. Mövzunu davam etdirəcəyik.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi …

Bir cavab yazın