Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Gündəm / Lerik camaatından İqbal Məmmədova ŞOK İTTİHAMLAR – VİDEO

Lerik camaatından İqbal Məmmədova ŞOK İTTİHAMLAR – VİDEO

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədov artıq Yeni Azərbaycan Partiyası üçün də problemə çevrilir. Nyus.Az-ın məlumatına görə, Lerik seçicilərinin İqbal Məmmədovu qəbul etməməsinə rəğmən deputat inzibati resursların hesabına təbliğat və təşviqat kampaniyasını aparmaqla hakim partiyanı da nüfuzdan salır. Onun kampaniya zamanı YAP-ın namizədi olduğunu xüsusi vurğulaması, guya artıq mandatla təmin edilməsi barədə rəy yaratması hakim partiyaya qarşı əks-təbliğata rəvac verib. Digər tərəfdən, artıq rayoin sakinləri İqbal Məmmədovun namizədliyinə etirazlarını YAP-a ünvanlamağa başlayıb.
İqbal Məmmədova qarşı mənfi münasibətin kökündə isə deputat kimi seçicilərinin problemləri ilə maraqlanmaması, onlara münasibətdə saymamazlıq nümayiş etdirməsi, bəzi hallarda isə sadə leriklilərə problemlər yaratması ilə bağlıdır.

Lerik camaatından İqbal Məmmədova ŞOK İTTİHAMLAR

Elə bu gün Şingədulan və Mulalan kəndlərinin sakinləri İqbal Məmmədovu sərt tənqid ediblər. Onlar bildiriblər ki, mərhum Heydər Əliyev bilsəydi ki, bu gün YAP İqbal Məmmədov kimi bir şəxsin namizədliyini irəli sürəcək o partiyanı yaratmaz. Adıçəkilən kəndlərin sakinləri bildiriblər ki, İqbal Məmmədov hansısa qaranlıq üsullarla YAP-ın namizədi olub. “Onun mənəvi haqqı yoxdur ki, gedib Blaband kəndində “Şingədulanlılar qırılsa da onlara qaz verməyəcəyəm” desin”, deyə sakinlər bildirib.
Onlar İqbal Məmmədovun 10 il Lerikin deputatı olduğunu qeyd edərək əlavə ediblər ki, sakinlər onun şirin vədlərinə inanıblar. Lakin sonradan onun sakinləri aldatdığının şahidi olublar.
Bu arada qeyd edək ki, İqbal Məmmədov Şingədulan kəndinə su problemi yaradıb. İllərdir ki, bu problem qalır.
Nyus.Az-a daxil olan başqa bi məlumatda deyilir ki, İqbal Məmmədov Lerikin icra başçısı Rövşən Bağırovla qohumdur. İddialara görə, onlar xalaoğludur. İqbal Məmmədova təbliğat və təşviqat kampaniyasında icra strukturlarının fəallığı da bununla bağlıdır.

Növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələrdə siyasi təhlilçilər hesab edir ki, köhnə deputatların yenidən mandat qazanacağı inandırıcı görünmür. Çünki Milli Məclis məhz onların qeyri-qənaətbəxş fəaliyyətinə görə buraxılıb. Deputatlar, o cümlədən İqbal Məmmədov Milli Məclisin buraxılmasının lehinə səs verməklə deputat kimi funksilarını yerinə yetirmədiklərini etiraf ediblər.
İqbal Məmmədov həm də vergi məmurlarını döydürən şəxs kimi tanınır. Ötən il ona məxsus “Relax” İstirahət Mərkəzində vergi əməkdaşları döyülmüşdü. Bu əməlin başında isə İqbal Məmmədovun oğlu və yaxın qohumları dayanırdı. Hazırda deputatın oğlu və qardaşı oğlu başda olmaqla 6 nəfər bu işə görə həbsdədir.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …