Bazar , Avqust 18 2019
Ana səhifə / Gündəm / Laçın Rayon Mərkəzi Xəstəxanasında istilik yoxdur – 20 gündür

Laçın Rayon Mərkəzi Xəstəxanasında istilik yoxdur – 20 gündür

20 gündür Laçın Rayon Mərkəzi Xəstəxanasında istilik yoxdur.
Bu barədə məlumatı Laçın Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları verib. Onların bildirdiyinə görə təxminən 20 gün əvvəl borca görə Xəstəxananın elektrik enerjisi kəsilib. 1 həftə əvvəl elektrik enerjisinin verilişi bərpa olunsa da Xəstəxanaya istiliyin verilməsi təmin olunmayıb. Xəstəxananın əməkdaşlarının verdiyi məlumata görə havaların soyuq keçməsi və istiliyin olmaması onların iş fəaliyyətini icra etməsinə ciddi problemlər yaradıb. Yaranmış problemlə bağlı dəfələrlə Xəstəxananın Baş həkiminə və Laçın Rayon İcra Hakimiyyətinə müraciət olunsa da problemin həlli yönündə heç bir tədbir görülməyib.
Qeyd edək ki, Laçın Rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi və ətraf obalarda məskunlaşmış Laçından olan məcburi köçkünlərə xidmət edir.
Karabakhmedia.az

Həmçinin oxuyun

“Füzuli Məmmədov Ramil Səfərovun müdafiəsinə 2 milyon dollar ayıracağını vəd etdi, amma…”

Ramil Səfərovun müdafiəsi ilə bağlı proseslərdə indiyə qədər yayılmayan informasiyaları sosial şəbəkə istifadəçiləri ilə paylaşan …

Bir cavab yazın