Cümə , Dekabr 4 2020
Ana səhifə / Gündəm / Laçın icra başçısı məmuru vəzifəsindən azad etdi

Laçın icra başçısı məmuru vəzifəsindən azad etdi

Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Azinforum.az report-a istinadən xəbər verir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quluyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.

Həmçinin oxuyun

Vətən Müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı …