Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu – Şok iddia

Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu – Şok iddia

Rövşən Lənkəranskinin qətlinin detalları məlum olub.

Cinayət işinin araşdırılması İstanbul prokurorluğunun müstəntiqləri ilə paralel Caniyevin kriminal fəaliyyətinin davam etdiyi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də araşdırılıb.

Rusiyalı müstəntiqlərin ortaya çıxardığı faktlara əsasən Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri Moskvada qətlə yetirilmiş Cabpolad Şamil oğlunun yaxınlarıdır (Canpoladın soy adı göstərilməyib).

Məlumata görə, Canpolad Rusiyada “göyərti kralı” kimi tanınıb və Rövşən Caniyevin meyvə-tərəvəz bazalarını nəzarətə götürmək üçün başladığı kriminal müharibənin qurbanlarından biri məhz o olub.

Ehtimala görə, Canpoladın yaxınları və biznes şərikləri onun ölümündə Rövşənin əli olduğunu müəyyən ediblər və ona ölüm hökmü çıxarıblar.

Xatırladırıq ki, “göyərti kralı” Canpolad Şamil oğlu bu ilin yazında Moskvada naməlum killerlər tərəfindən güllələnmişdi.

olke.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın