Şənbə , Dekabr 5 2020
Ana səhifə / Gündəm / Kürdlərin referendumununa daha bir məmur açıq dəstək verdi – Foto

Kürdlərin referendumununa daha bir məmur açıq dəstək verdi – Foto

Sosial şəbəkələrdə İraqın şimalında keçirilən kürdlərin müstəqillik referendumunu dəstəklədiyini yazan məmur haqqında araşdırma başlayıb.

APA yazır ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin paylaşımları dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcəyi bildirilib.

“Facebook” səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini yazıb, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşan məmur “Qafqazinfo”ya açıqlamasında deyib ki, əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacaq:

“Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənimlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.

Daha bir məmur, Laçın rayon sakini, “Azəravtoyol” İstehsalar Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalıoğlunun da təbliğatçılığı ilə bağlı məlumat yayılıb. O da İraqda keçirilən referendumu dəstəkləyib və Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb. Referendumu dəstəklədiyini ifadə edən paylaşımlar edib.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“İqbal Ağazadədən başqa, xalqla işləyən müxalif partiya sədrinə rast gəlmədim” – VİDEOMÜSAHİBƏ

Böyük Dayaq Partiyasının (BDP) TK-nin sədri Mirkazım Seyidov Azinforum.az-saytına verdiyi geniş videomüsahibə Azərbaycanda və regionda …