Ana səhifə / Gündəm / Küçədən tapılan Yağmur QİÇS daşıyıcısıdır? – AÇIQLAMA

Küçədən tapılan Yağmur QİÇS daşıyıcısıdır? – AÇIQLAMA

Bir müddət əvvəl Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurun cinsi təcavüzə məruz qalması və QİÇS xəstə olması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.
Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, sığınacağın direktoru Vasif Akifli Oxu.Az-a açıqlamasında belə deyib.
O, hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olan balaca qızda heç bir xəstəlik aşkarlanmadığını bildirib:
“Yağmur tapılandan bəri bizim sığınacaqdadır. Onunla bağlı məhkəmə tibbi ekspertizaları keçirilib. Yağmurda heç bir xəstəlik aşkarlanmayıb, sağlamdır. Onun anası tərəfindən hansısa cinsi zorakılığa sövq edilməsi sadəcə bir ehtimaldır”.
Xatırladaq ki, Yağmurun valideynlərinin axtarışı ilə bağlı ilk olaraq Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan vermişdi.

Həmçinin oxuyun

“Unibank”da SKANDAL: – müştərinin gizli məlumatlarını başqasına verdilər

Azərbaycanın ən ciddi banklarından biri sayılan “Unibank”da skandal sayılacaq hadisə baş verib. Bakupost.az-ın məlumatına görə, bankın …

Bir cavab yazın