Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Kösem” Azərbaycanda çəkilsəydi – Zəki, Nicat, Oksana…

“Kösem” Azərbaycanda çəkilsəydi – Zəki, Nicat, Oksana…

Türkiyənin ən böyük büdcəli layihəsi “Muhteşem Yüzyıl: Kösem” serialının Azərbaycanda kifayət qədər izləyicisi var. Osmanlı tarixindən bəhs edən bu serialda Türkiyənin məşhur aktyorları rol alıb. Onlar istər canlandırdıqları obrazla, istər geyimləri ilə, istərsə də, ekran işindən aldıqları qonorarla gündəmə gəliblər. 

Dünyanın 50 ölkəsinə satılan “Kösem” bir neçə gün sonra ikinci sezonunun finalını edəcək.

Bəs görəsən, “Muhteşem Yüzyıl: Kösem” Azərbaycanda çəkilsəydi, hansı sənətçilər ekran işində yer ala bilərdi?

“Qafqazinfo” olaraq tamaşaçılara həm xarakterik, həm də vizual baxımdan həmin obrazlarla uzlaşa biləcək azərbaycanlıları təqdim edirik:

Serialın əsas qəhrəmanı 4-cü Muradı canlandıran Metin Akdülger kimi Cavid Aydınovun da “Kösem”lə ulduzu parlaya bilər. Gənc aktyorun xarici görünüşündən tutmuş saçına qədər bizə Osmanlı sultanını xatırladır.

Balkan kökənli Silahtar Mustafa Paşa obrazını isə əməkdar artist Elşən Orucov canlandıra bilər. Güclü, qüvvətli və ağıllı bir paşa obrazının üzərindən yalnız və yalnız Orucov gələr.

4-cü Murad dövrünün əsas fiqurlarından biri, “Kösem” sultanın sağ əli kimi serialda ön plana çıxan, tarixdə isə “Yeniçeri Ocağı”nın rəhbəri kimi təqdim olunan Kemankeş Kara Mustafa Paşa rolunu Kamran Ağabalayev canlandıra bilər. Kamranın üzündə olan sərtlik, xarici görünüşü bizə Kemankeşi xatırladır.

“Kösem”in bir neçə rolunda iştirak edən və intriqaların içərisinə daxil olan “Acem Casusu Sanavber” obrazı bir çox serial izləyicilərinin sevimlisinə çevirilib. Ağıllı, gözəl və siyasətlə arası yaxşı olan Sanavber bizə Oksana Rəsulovanı xatırladır. Səfəvi casusunun xarakteri də elə bil ki, Oksanada formalaşıb.


Ekran işinin ən güclü obrazlarından biri, əməlləri ilə izləyicilərdə qıcıq yaradan Gülbahar Sultan obrazını kimin oynayacağı barədə çox düşündük. Ancaq son olaraq belə bir nəticəyə gəlmək olar ki, həmin qalmaqallı sultanı əməkdar artist Mehriban Xanlarova canlandıra bilər.


Gülbahar sultanın oğlu, Sultan Muradın böyük və ögey qardaşı Şahzadə Bayazit gənc aktyor Tural Əhməd ola bilər. Soyuqqanlı və bir qədər saf olan Bayazitin xarakteri Turalın rol aldığı obrazlarla üst-üstə düşür.

4-cü Muradın quyusunu qazan, şahzadə anası Gübahar sultana məftun olan Sinan Paşa obrazını isə Nicat Kazımov oynasa, lap yerinə düşər.

Osmanlı şahının qardaşı, Kösemin ikinci oğlu Şahzadə Qasımı isə müğənni Azad Şabanov oynasa, uğurlu alınar. Hesab edirik ki, müğənni özünü aktyor kimi sınasaydı, rol üçün ən uyğun namizəd olardı.


Serialda cazibədarlığı ilə kişiləri özündən çıxaran, soyuq baxışları və sadiqliyi ilə hər kəsin sevimlisinə çevirilən Ester Hatun obrazı əməkdar artist Naina İbrahimovalıqdır. Hər iki aktrisada cazibədarlıq, soyuq baxışlar, dikbaşlıq hiss olunur.


Osmanlı Sultanının birinci xanımı, iki övladını və özünü qətlə yetirən, çirkab oyunlarda baş qəhrəmana çevrilən Ayşe Sultanı isə gənc aktrisa Duyğu Dəvəli canlandıra bilər. Dəvəlidə də  Aşye Sultanda olduğu kimi sakit görünüşünün altında böyük fırtınaların tüğyan etdiyi hiss olunur.

Ekran işinin baş qəhrəmanı Kösem Sultanın qızı, Silahtar Mustafa Paşanın xanımı Atike Sultanı Günel Məmmədova oynaya bilər.  Hər iki aktrisanın üz cizgilərində oxşarlıq var. Ancaq Atike Sultanın baxışlarında bir qədər məsumluq hiss olunsa da, Günel üçün bunu deyə bilmərik.

Silahtar Mustafa Paşanı sevən, lakin bacısının xoşbəxtliyi üçün özünü qurban verən Gevherhanı  Məsmə Aslanqızı canlandıra bilər. Cəsarətli olmaqdan qorxan Gevherhan kimi mediadan uzaq düşən Aslanqızını bir-birinə bənzətmək olar.

Macar kralı Gabor Bethlenin qızı, 4-cü Muradın rəsmi xanımı Farya sultan cəsarətli və inadkar bir obrazdır. Kösemin qəzəbinə tuş gələrək öldürülən sultanı gənc aktrisa Kəmalə Piriyeva canlandıra bilər. Xarici görünüşcə yox, xaraktercə Faryaya bənzəyən Kəmalə “Kösem”lə daha çox sevilə bilər.

Son olaraq isə Osmanlı tarixinin ən güclü sultanı, xalqın sevimlisi, öz övladlarının əsas düşməni, qəddarlığı ilə dünyada tanınan Kösem obrazını isə əməkdar artist Mehriban Zəkiyə həvalə etmək olar.

Zəkidəki soyuqqanlılıq, dözümlülük və inadkarlıq Kösem rolunu canlandırmasına imkan yaradır.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın