Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Körpəsini dükanda atan qadının kim olduğu bilindi – Foto

Körpəsini dükanda atan qadının kim olduğu bilindi – Foto

Bakıda ana körpə qızını mağazada işləyən tanımadığı qadının yanında qoyub gedib. 

 

Milli.Az xəbər verir ki, bu barədə Elnara Quliyeva-Karimova adlı istifadəçi sosial şəbəkədə yazıb:

 

“Bu gün ağır gün keçirtdim… Bilmirəm, hisslərimi necə, hansı sözlərlə düzgün ifadə edim… Sifarişimlə bağlı tanış bir dükana girdim. Xeyli söhbət etdikdən sonra gördüm, balaca, 2 yaşında körpə qız yanında qısılıb sakit oturub. 2 yaşlı uşağın sakit oturmağı… Bu, içindəki acının dəhşətidir. Qız dedi: “21 gün öncə bir qadın gəldi ki, bu uşağı saxla, gəlirəm, çantam çöldə qalıb. O gedən gedib”. Bu cümlələri eşidəndə ayağımın altından yer qaçdı. Məni tanıyanlar bilirlər ki, körpələrə və yaşlılara qarşı çox həssasam. Hönkürtü ilə körpəyə sarıldım. İnanmazsınız, körpə saçımı iyləyib boynuma elə sarıldı ki! Bu həyatda övladdan qiymətli nə ola bilər? Bu şeytan qəlbli… nə bilim, söz tapa bilmirəm… Belə şərəfsiz, əxlaqsız, cin ruhlu insanlara niyə Allah övlad verir?

 

Uşaqla xeyli vaxt keçirtdik, gəzdik, oynadıq. Ayrılanda da dalımca ağladı. Ona 21 gün baxan tanışıma bir az öyrəşib. Birtəhər başını qatıb gizlənə-gizlənə çıxdım.

 

Bəlkə bu uşağın qohumları, qonşuları gördülər. Məlumatı olan yazsın…”

 

***

 

Azinforum.az  xəbər verir ki, hadisəni ictimailəşdirən Elnarə Quliyeva sosial şəbəkədə status yazıb:
“Şükür, bu gün uşağa baxan xanımdan məlumat aldıq ki, uşağı tanıyanlardan kimsə tapılıb və o şəxs polisə çox guman, xeyli məlumat verəcək. Polis və uşağa baxan xanım birlikdə həmən körpəni atan qadını axtarışa verib. İnboksa xeyli sayda məktub gəlıb. Maraqlanan şəxslər sağ olsun. İnsanlıq daha çox yaşayır bu ölkədə. Demək, nəyəsə ümid etmək olar”.

 

Publika.az-ın məlumatına əsasən, uşağın anası gizli nömrə ilə zəng edərək övladını götürəcəyini bildirib. Eyni zamanda, şərt qoyub ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımlar silinsin.

 

Körpəsini mağazada qoyub qaçan ananın kameraya düşən görüntüsünü təqdim edirik. Qeyd edək ki, şəkil sosial şəbəkədə paylaşılıb.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın