Ana səhifə / Gündəm / KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət edildi – RƏSMİ

KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət edildi – RƏSMİ

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.

APA-nın məlumatına görə, auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş olunmuş nöqsanlarla bağlı materialların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Həmçinin oxuyun

Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət – “Hakim Elnur Həsənov tamah məqsədiylə…”

Bugünlərdə redaksiyamıza müraciət edən Bakı şəhər sakini Elşən Ağa oğlu Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi …