Ana səhifə / Gündəm / KİA-da şok saxtakarlıq – Oğurlanan milyonların izi ilə

KİA-da şok saxtakarlıq – Oğurlanan milyonların izi ilə

Bir neçə gün əvvəl aznews.az saytı “Parabank” və “Kia Motors” MMC-nin müştərək cinayəti barədə sensasion məlumat dərc etmişdi. Xəbərdə bildirilirdi ki, “Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyona yaxın pulu “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxılıb.Bir neçə il davam edən bu proses pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub. Belə ki, “Kia Motors” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar edib (guya, özünə 8 bıçaq zərbəsi vurub).

Bundan sonra məsələ ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları bankdakı qanun pozuntularının təftişinə başlayıb.

AZXEBER.COM AzNews.az-a isinadən xəbər verir ki, hər iki qurumda Vergilər Nazirliyi də böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.

Bu arada sayt Vergilər Nazirliyinin həqiqətən də “Parabank” və “Kia Motors” MMC-də yoxlamalar apardığını əks etdirən sənəd əldə edib. Bu sənəd hər iki qurumdan şikayət edən vətəndaşa göndərilən rəsmi cavabdır. Göründüyü kimi məktubda hər iki qurumda uzun müddətli yoxlamalara başlanıldığı qeyd olunur.

Qeyd edək ki, məsələ ilə bağlı daha ciddi məqamlar var. Sayt bildirir ki, “Parabank”ın özəl şirkətlə birləşərək dövlətə qarşı cinayət törətməsi, gizlətdiyi milyonlarla pulun taleyi və eləcə də bu işlərlə bağlı baş verən dəhşətli cinayətlərin təfərrüatları barədə növbəti günlərdə geniş məlumat verəcək.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın