Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Keçmiş MTN əməkdaşının havadarlıq etdiyi əcnəbi Bakıda tarixi binanı sökür

Keçmiş MTN əməkdaşının havadarlıq etdiyi əcnəbi Bakıda tarixi binanı sökür

Mamay soyadlı sabiq MTN-çi məhkəmələrdə Akif Akbulutun himayəçisi rolunda niyə çıxış edir…
Bakı şəhər sakinləri, Səbayel rayonu, Y.Məmmədəliyev küçəsindəki tarixi, arxitektur binada yaşayan Nailə İzabala qızı Quliyeva, Xoma Rəhiməli qızı Səfərova, Sevda İsmayıl qızı Rzayeva və Elnaz Hüseynağa qızı Miriyeva KİV-ə müraciət ünvanlayıblar. Onlar ölkə rəhbərliyinə, aidiyyəti qurumlara şikayət edərək yaşadıqları tarixi binanın dağıdılmasının, qəzalı vəziyyətə salınmasının qarşısını almağa çağırırlar.

Redaksiyamıza daxil olan məktubdan belə aydın olur ki, Y.Məmmədəliyev küçəsi 6 nömrəli binanın 8-ci mənzilində yerləşən “FLAY-İNN” Turizm Agentliyinin direktoru, Türkiyə vətəndaşı Akif Cəbrayıl oğlu Akbulut Bakı şəhərinin mərkəzində yerləşən tarix memarlıq abidəsi kimi siyahıya salınmış yaşayış binasında qeyri-qanuni olaraq söküntü, təmir, genişləndirmə, quraşdırma işləri aparır.

“Bizim yaşadığımız bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (invertar nömrəsi 3336) dövlət qeydiyyatına alınıb. Çox təəssüflər olsun ki, Azərbaycan Respublikasında qanunların aliliyindən xəbərsiz olan Türkiyə Respublikasının vətəndaşı, binada komersiya fəaliyyəti ilə məşğul olan Akif Akbulut və həyat yoldaşı Samirə Akbulut qanunlarımıza kobudcasına hörmətsizlik ediblər. Akif Akbulut 2011 -ci ildən başlayaraq qeyd olunan ünvanda özbaşına rəsmi icazə almadan söküntü, təmir, tikinti, quraşdırma və genişləndirmə işlərini aparır. Biz həmin binanın sakinləri kimi ona qanunsuz əməllərindən əl çəkməsi ilə bağlı xəbərdarlıq etsək də, qarşısını almaq istəsək də, rəsmi şəkildə müvafiq orqanlara müraciət etsək də, nəticə hasil olmadı. A.Akbulut bu gün də qanunsuz əməllərini davam etdirməkdədir”, – deyə müraciətdə qeyd olunur.

Müraciət müəlliflərindən olan N.Quliyeva qeyd edir ki, İranda olduğu müddətdə A.Akbulut qonşulara xəbərdarlıq etmədən və müvafiq təşkilatlardan icazə almadan ümumi həyətə beton töküb: “Nəticədə mənzilimizin həyətə baxan pəncərəsi, mənzilimdə quraşdırılmış kondisionerin bir hissəsi də betonun altında qalıb və mənə külli miqdarda ziyan dəyib. Eyni zamanda onun qeyri-qanuni hərəkətləri nəticəsində yağan yağışların suyu mənzilimizin divarlarını və döşəməni yararsız hala salıb. O vaxtdan bəri yağan yağışların, qarın suyu mənzilimə axır. Bu səbəbdən mən Akif Akbuluta bir neçə dəfə müracət etdim və ondan betonu sökməyini istədim. ”Mən betonu heç zaman sökməyəcəyəm, hara istəyirsiniz, kimə istəyirsiz şikayət edin. Mənim elə adamlarım var ki, mənim dediyim olacaq”, – deyə mənə cavab verdi. Ona havadarlıq edənlərə arxalanan Akif Akbulut Azərbaycanın tarixi memarliq abidəsi sayılan binamıza qəsd edərək icarəyə götürdüyü sahəni 8 nömrəli mənzilə birləşdirərək həmin mənzildən 2-ci mərtəbəyə qeyri-qanuni olaraq lift quraşdırıb. Rəsm olmadan lift quraşdırmaq məqsədilə binamızın dayanaqlığını saxlayan divarın dibindən böyük bir qazıntı aparıb. Nəticədə isə mənzilimizdə böyük çatlar əmələ gəlib. Bütün bunlardan başqa, Türkiyə vətəndaşı yenə də qanununsuzluq edərək binanın divarını sökərək, texniki qaydaları pozaraq Əlizadə küçəsinə qapı açıb. Ancaq bizim binanın 8 saylı mənzilinin həmin küçəyə heç vaxt çıxışı olmayıb”.

Məktub müəllifləri daha sonra qeyd edirlər ki, Akif Akbulutun qanunsuz əməlləri barədə dəfələrlə hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət ediblər: “Akbulut ”Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 10-cu bəndinin tələblərini pozub. Həmin qanuna əsasən, abidələrin bədii-estet görkəminin dəyişdirilməsi, uçurulması, onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin görülməsi qadağandır. Bakı Şəhər İcra Hakimiyyətinin 29.08.2012-ci il tarixli məktubundan aydın olub ki, Akif Akbuluta Səbayel rayonu, Yusif Məmmədəliyev küçəsi 6 ünvanında tikinti və yenidənqurma işlərinin aparılması üçün sərəncam verilməyib. Bakı şəhər Səbayel Rayon Məhkəməsinə A.Akbulut tərəfindən mənzilimizin qarşısında icazə almadan beton tökülməsi nəticəsində mənə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırdım. Rayon məhkəməsi 26.11.2012-ci il iddiamı qismən təmin etdiyindən həmin qətnamədən Bakı Apelyasiya Məhkəməsinə şikayət vermişdim.

Qeyd etmək istəyirəm ki, turizm agentliyinin direktoru Akif Akbulutun yaşadığımız binananın həyətinə, mənzilimizin qarşısına tökülmüş betonun sökülməsi, onun tərəfindən tarixi memarlıq abidəsi olan binamızda qanunsuz olaraq liftin quraşdırılmasının qarşısının alınması, binada əlavə tikinti, genişləndirmə işlərinin və binanın həyətinə lazımsız kameraların quraşdırılmasının qarşısını almaqdan ötrü dəfələrlə məhkəmə çəkişmələrimiz olub. Məhkəmələr tərəfindən bizim yaşadığımız binada Türkiyə vətəndaşının apardığı qanunsuz tikinti işləri nəticəsində mənzillərimizə dəymiş ziyan və zərərin müəyyənləşdirilməsindən ötrü dəfələrlə məhkəmə ekspertizaları təyin edilib, rəylər verilib. İş üzrə təyin edimış ekspert rəyindən bir daha aydın olur ki, mənim mənzilimin divarlarının birində yaranmış çatlar lift quraşdırmaq üçün hazırlıq işlərinin aparılması zamanı tikilinin üst hissəsində 3 ədəd polladdan şverlərin bərkidilməsindən yaranıb. Mənzil kommunal istismar sahəsinin tərtib etdiyi aktda da Türkiyə vətəndaşının apardığı qeyri-qanuni hərəkət nəticəsində mənim və digər mənzillərə də xeyli ziyan dəydiyi göstərilib.

2012-ci ildə hakim Famil Nəsibovun sədrliyi ilə Səbayel Rayon Məhkəməsində, 2014-cü ildə hakim Elşad Şamayevin sədrliyi ilə Səbayel Rayon Məhkəməsində, 2014-cü ilin fevralında hakim Natiq Abbasovun sədriliyi ilə Bakı Apelyasiya Məhkəməsində, həmin ilin dekabrında hakim Etibar Nəbiyevin sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində baxılaraq qanunauyğun ədalətli qərar və qətnamələr qəbul edilib. Lakin haqq və ədaləti qəbul etmək istəməyən, məhkəmələrin gəldikləri nəticələrdən narazı qalan Akif Akbulut Bakı Apelyasiya Məhkəməsi Mülkü Kollegiyasının 18.02.2014-cü il tarixli qətnaməsindən şikayət verib. 18 sentyabr 2014-cü ildə Ali Məhkəmənin Mülki Kollegiyasında hakim Tatyana Qoldmanın sədrliyi ilə A.Akbulutun kasasiya şikayətinin baxışı keçirilib. Məkəmə şikayətin əsassız olduğunu nəzərə alıb və ədalətli qərar qəbul edib.

A.Akbulut bu dəfə Bakı Apelyasiya Məhkəməsinin 15.12. 2014-cü il tarixli qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına kasasiya şikayəti ilə müraciət edib. Hakim Rəşadət Ağayev arxitektor üslubunda tikilən, yaşadığımız tarixi binamızı sökən A.Akbuluta havadarlıq edib. Apardığım araşdırmalardan məlum oldu ki, uzun müddət ölkəmizdə iri turizm şirkətinə rəhbərlik edən A.Akbuluta havadarlıq edənlərdən biri də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, onun yaxın dostu Mamay soyadlı şəxsdir”.

Məktub müəllifləri sonda qeyd edirlər ki, məhkəmə çəkişməsi bu günlərə qədər davam edir və avqustun 11-də Bakı Apelyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə növbəti dəfə A.Akbulutun qanunsuz əməllərinə qiymət veriləcək.
Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın