Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Keçmiş baş bayraqdarı kimlər azad etmək istəyir? – İlginc iddialar

Keçmiş baş bayraqdarı kimlər azad etmək istəyir? – İlginc iddialar

Hazırda həbsdə olan, ötən ilin mayında saxlanılan Dövlət Bayrağı Meydanının sabiq rəisi Rəşad Məmmədovun azadlığa buraxılması gözlənilir.
Bu barədə Qafqaznews.az-a məlumat verən mənbə bildirib ki, R.Məmmədova yaxın olan şəxslər müxtəlif kanallar vasitəsi ilə onun zindandan xilas olması üçün canfəşanlıq edirlər.
Hətta Məmmədov-Martirosovun yuxarı dairələrdə bəzi şəxslərə milyonlarla manat həcmində ölçülən vədlər verdiyi iddia olunur.
Məlumata görə, aylardır məhkəmə prosesi uzadılan bu şəxsin azadlığa “qovuşması” gün uzaqda deyil. Lakin görək, R.Məmmədov bu azadlığa nə dərəcədə layiqdir?
Qeyd olunur ki, onun qaranlıq əməlləri ilə bağlı araşdırmaları ört-bastır etmək istəyən şəxslər var.
Az qala Bakını söküntü meydanına çevirən, vətəndaşların mülkünü əlindən alan “Azimport” şirkətinin sahibi Rəşad Məmmədov həbs edildi. Axı, Rəşad Məmmədov təkbaşına az qala şəhərin yarısını “sökə-sata” bilməzdi. Rəşad Məmmədovun həbsindən sonra onun “komanda”sının üzvləri yavaş-yavaş üzə çıxmağa başladılar. Onun “komandası”nın üzvləri ilə bağlı Qafqaz Xəbər Agentliyi(qafqaznews.az) ardıcıl məqalələr dərc elədi. ““Boss” ləqəbli Aynur xanım kimdir ?” başlıqlı ilk məqalə Bakı şəhərində qanunsuz söküntü işləri aparan “Azimport”şirkətinin “xüsusi qrup”undan bəhs edirdi. Xatırlatma üçün bildirək ki, “Azimport”un sahibi Rəşad Məmmədovun göstərişi ilə Səbail rayonu ərazisində aparılan sökünti işləri ilə bağlı bir qrupa “Boss” ləqəbli Aynur adlı bir xanım rəhbərlik edib.
Rəşad Məmmədov Bakının ən tanınmış rerstoranlarının sahibi kimi də məşhur olub. Onun sahib olduğu obyektlər arasında “Nar Şərab”, “Manqal”, “Venesiya”, “Dağüstü park”, “Senator” və Bayraq meydanındakı “Bayraq” restoranı da var. Həmin restoranlar isə payскачанные файлы (2)taxtın ən bahalı məkanları hesab olunur.
24 iyunda qafqaznews.org saytı iş adamı Elşən Əliyevin müraciətini dərc eləmişdi. İş adamı bizə bildirirdi ki, “Azimport”la əldə olunmuş razılığa əsasən Dövlət Bayrağı Meydanı ətrafındakı binaların rənglənməsi ona tapşırılıb: “ Razılaşma şifahi olub. Rənglənmə işləri 3 ay müddətində başa çatmalı idi. Mən 540 nəfər fəhləni işə cəlb elədim. Biz işi vaxtında başa çatdırdıq”.
İşçilərlə əmək müqaviləsi bağlanmadığını bildirən iş adamı müxbirimizin “Onda əmək haqqı necə hesablanırdı?” sualına belə cavab verdi: “ “Azimport” söz verdi ki, işçilərə yüksək əmək haqqı veriləcək. Ancaq yarım ayda bir dəfə işçilərə 20 manat pul verirdilər. Biz işi vaxtında yerinə yetirsək də “Azimport” bizi aldatdı və dediyi əmək haqqını vermədi. Bu gün şirkətin bizə 360 min manat borcu var”.
Müxbirimizin “ Şirkət əməkhaqqını verməməyi necə əsaslandırır?” sualına iş adamının cavabı belə oldu: “Azimport” şirkətinin nümayəndəsi SOCAR-ı ittiham edir ki, dediyi məbləği verməyib”.

Məlumdur ki, Azərbaycanda işçilərin hüquqlarının qorunması ilə Dövlət Əmək Müfəttişliyi məşğul olur. Biz qurumun rəis müavini Məhərrəm Maxarovdan məsələ ilə bağlı mövqeyini bildirməyi xahiş etdik. Maxarov bizə bildirdi ki, bu şirkətlə bağlı mənə heç nə məlum deyil: “Mövcud qanunvericiliyə görə, işçilərlə əmək müqaviləsi bağlamayan sahibkar cinayət məsuliyyətinə cəlb olunur.скачанные файлы Hazırda 540 nəfər işçidən söhbət gedir. Mən tapşırıq verəcəm məsələni araşdırsınlar. Əgər informasiya təsdiq olunsa, günahkarlar məsuliyyətə cəlb olunacaq”.
Biz Maxarovun vədindən sonra düşündük ki, problem həll olunub. Ancaq biz səhv etmişik…
Tia.az saytı 24 noyabrda yazır ki, Azimport-un aldatdığı 500 fəhlə dövlət başçısına müraciət edib. Fəhlələrin sözlərinə görə, onlar 8 aydır əmək haqqı almırlar.
Ancaq Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Maxarov qafqaznews.org-a bildirdi ki, biz sizin o zamankı informasiyanı yoxladıq və informasiya öz tədiqini tapdı, ona görə də şirkəti cərimələdik.
Müxbirimizin “Axı, fəhlələr indiyədək əmək haqqı ala bilmir” fikrinə Maxarovun münasibəti belə oldu: “Biz şirkəti əmək haqqı verməyə məcbur edə bilmərik. Onlar məhkəməyə müraciət etsinlər”.

Yanvarın 4-də Qafqaznews.az saytında “Rəşad Məmmədov “içəri”dən hansı məmurlara xəbər göndərdi?” başlıqlı məqalədə də bildirilirdi ki, R.Məmmədov “içəri”dən bir neçə yüksək vəzifəli məmura xəbər göndərib, həmin məmurların ona və Avropada yaşayan ailəsinə dəstək olmayacağı halda, “danışmaq”la təhdid edib. R.Məmmədov onsuz da ailəsi ilə külli miqdarda vəsaiti ölkədən çıxara bilib.
Lakin onun ölkədən çıxardığı ancaq pul deyil, həm də mühüm sənədlər, dosyelər olub. Mənbənin verdiyi məlumatda qeyd edilir ki, həmin dosyelərdə irili-xırdalı bir sıra məmurların çirkin əməlləri ilə bağlı faktlar da yer alır. Mənbə Rəşad Məmmədovun “yüngül” cəza ilə bir müddət həbsdə qalmağa, ya da şərti həbs cəzası ilə azadlığa çıxmağa çalışdığını deyir. Bunun üçün isə o, bəzi “köhnə dost”larından kömək istəyib.

Bu “köhnə dostlar”ın arasında Kərəm Həsənovun, Etibar Pirverdiyevin, Hacıbala Abutalıbovun və deputat Ağalar Vəliyevin də adları çəkilir. Rəşad Məmmədovun “Azimport” vasitəsilə Kərəm Həsənova bağlı “Azinko”, eləcə də Etibar Pirvediyevə bağlı “Azenco” şirkətləri ilə biznes maxinasiyaları həyata keçirib.
Bundan başqa, Məmmədov-Martirosovun “Azəraqrartikinti” ASC-nin təsisçisi, deputat Ağalar Vəliyevlə də işbirliyində olduğu, indi isə onlardan kömək gözlədiyi deyilir. Hacıbala Abutallıbova gəlincə, R.Məmmədovun az qala Bakının yarısını “dövlət sifarişi” adı ilə sökən zaman, merlə razılıq içində olması istisna edilmir.
Bundan əlavə, R.Məmmədovun merə onun “vəhabilərə himayəçilik” edən oğlu İsrafil Abutalıbovun ata xeyir-duası ilə gerçəkləşdirdiyi biznes maxinasiyalarını xatırladıb.

Mənbə qeyd edir ki, R.Məmmədov əlində bu məmurlara qarşı ciddi faktların olduğunu, əgər ona dəstək olmazlarsa, qısa bir zaman ərzində mətbuata sızdıracağını bildirib. Həmin şəxslərin isə sabiq “bayraqdar”a nə cavab verdiyi və hansı tədbirlər görəcəyi hələ məlum deyil, amma şübhəsiz ki, onlar üçün bu xəbərdarlıq bayram günlərində qanqaraçılığa səbəb olub.
Belə bir şəxsin azadlığa buraxılması nə qədər absurd olsa da, onun şantaj-xəbərdarlıq üsulu ilə gerçəkləşmə ehtimalı da o qədər dəhşətlidir.
Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın