Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Kərəm Həsənovdan İlham Əliyevə növbəti şikayət – Müraciət

Kərəm Həsənovdan İlham Əliyevə növbəti şikayət – Müraciət

“Kərəm Həsənov “Azərenerjitikinti quraşdırma ASC-yə” qarşı özbaşınalığını davam etdirir. Prezidentin 6 aprel 2010-cu il tarixli sərəncamına əsasən Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq və Əmlak Məsələləri Dövlət Komitəsinin 30 avqust 2010-cu il tarixli 263 saylı sərəncamı ilə “Azərenerjitikinti quraşdırma” ASC açıq elan edilib. Həmən sərəncamdan sonra heç bir əmək fəaliyyəti olmayan SC-in rəhbərliyi 3 dəfə dəyişdirilib, hər dəfə Əmlak Məsələləri Dövlət Komitəsi öz kadrlarını sədr təyin edib”

“Azərenerjitikinti quraşdırma ASC”nin kollektivi adından ölkə başçısına və Respublikanın Baş prokuroru Zakir Qaralova ünvanlanan bu müraciəti Arqument.Az-a Ağamir Aşurlu təqdim edib.

O bildirib ki, bu məsələ ilə bağlı bir neçə rəsmi müraciət də edilib: “ƏMDK-nin kadrları müəssisənin əmək fəaliyyətini bərpa etmək əvəzinə işçiləri (səhmdarları) qeyri-qanuni öz hesablarına ödənişsiz, müddətsiz məzuniyyətə buraxmışlar, əmlakının təqribən 60-70%-ni dağıtmışlar. Biz səhmdarlar yox olan daşınmaz əmlakın, əsas vəsaitlərin,inventarların hansı komissiyanın iştirakı ilə silinməsi,maşın mexanizmlərin təkrar qara metal məntəqəsinə verilməsi (halbuki həmin maşın-mexanizmlərin bir hissəsi hazirda müxtəlif yerlərdə işləyirlər) inventarların dağıdılması, oradan əldə edilən vəsaitlərin müəssisənin kassasına daxil edilməsi, hara və necə xərclənməsi barədə səhmdarlara məlumat verilməsini rəhbərlikdən dəfələrlə xahiş etsək də bizə cavab verilməyib. Eyni zamanda səhmdar cəmiyyətin bazar qiyməti milyonlarla manat olan 8-ci km qəsəbəsində yerləşən 3,0 ha torpaq sahəsi içərisində hər biri 700-800 m2 olan 5 ədəd anbar binası, 2 ədəd ikimərtəbəli inzibati binası və başqa qurğulara birlikdə cəmi 94 min manata sənədləşdirilib (satılıb), vəsaiti isə işçilərin əmək haqqı və başqa borclarını ödəmək əvəzinə, banka kredit borcuna ödənilib”.

Müraciət müəllifləri daha sonra bildiriblər ki, bu məsələdə komitənin bir neçə rəsmi şəxsinin də günahı var: “Satılan, paylanan, bölünən əmlaklarda onlarla insanların zəhməti, əməyi olduğuna baxmayaraq səhmdar cəmiyyətin sədri Azad Əfəndiyev, avtonəqliyyat müəssisəsinin rəisi Natiq Əsədov, Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri İlham Pənahov bu əmlakları özlərinin şəxsi əmlakları hesab edərək istədiklərini edirlər, öz şəxsi rifahlarını yüksəldirlər,ancaq səhmdar cəmiyyətin işçiləri illərlə qalan əmək haqlarını və səhm paylarını ala bilmirlər. Səhmdarların hüquqları pozulur,müəssisənin əmlakları dağıdılır,nəticədə dövlət tərəfindən işçilərin çoxillik əməyinin əvəzi olaraq verdiyi səhmlər dəyərdən düşür, dövlətə və səhmdarlara külli miqdarda ziyan vurulur. İndiki vaxtda dövlət başçımızın səhmdar cəmiyyətlərin tez bir vaxtda özəlləşdirilməsinə göstəriş verməsinə baxmayaraq, bizim müəssisə haqqında mətbuatda,internetdə heç bir məlumat verilmir. Müəssisənin daşınmaz əmlakı,əsas vəsaitləri,maşın-mexanizmlərinin siyahısı və qiymətləri heç yerdə göstərilmir, gizli saxlanılır”.

“Biz bir neçə dəfə Prezidentə, 1-ci vitse-prezidentə, prezidentin iqtisadi məsələlər üzrə köməkçisinə müraciət etmişik. Onlar öz növbəsində bu müraciətləri, problemləri həll etmək tələbi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndəriblər, ancaq indiyə kimi (5 ildir) problemlər həll edilməmiş qalır, özbaşınalıqlar davam edir. Görünür, cəzasızlıq onları daha da şirnikləndirir. Amma biz ümid edirik ki, möhtərəm prezidentimizin “mən hər zaman xalqıma xidmət edirəm” dediyi fikirlər bu məsələdə də təsdiqini tapacaq və bizim səhmdar cəmiyyətdə baş verən bütün bu özbaşınalıqları edənlərin kimlərə xidmət etməsi və onların arxasında kimlərin durması üzə çıxacaq.

Biz kollektiv və səhmdarlar olaraq ümidvarıq ki, hüquq-mühafizə orqanları bu problemlərin həll edilməsində,dövlət əmlakının geri qaytarılmasında, günahkarların cəzalandırılmasında bizə kömək edəcəklər”, – müraciət müəllifləri bildirirlər.

Müraciətdə qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın