Bazar ertəsi , May 20 2019
Ana səhifə / Gündəm / Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı şikayətçiyə belə hücum etdi – VİDEO

Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı şikayətçiyə belə hücum etdi – VİDEO

“Hər həftənin şənbə və bazar günlərində paytaxtın Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Kənd Təssərrüfatı Nazirliyinin xətti ilə təşkil olunan satış yarmarkasında acınacaqlı vəziyyət hökm sürür“.

Bu sözləri Azinforum.az-a açıqlamasında tanınmış ictimai fəal Bayram Hacıyev deyib. Müsahibimizin sözlərinə görə, paytaxtın “Dərnəgül” qəsəbəsində təşkil olunan yarmarkanın fəaliyyəti ümumiyyətlə qanusuzdur və heç bir sanitar-gigeyenik normalara cavab vermir:

“Yarmarkanın fəaliyyəti rəsmi şəkildə 2014-cü ildən qadağan edilib. Bu fəaliyyətlə Nazirlər Kabinetinin 94 nömrəli qərarına hörmətsizlik olunur”.

 Bayram Hacıyev  deyir ki, həmin yarmarkadakı qanunsuzluqları əlaqədar şəxslərin diqqətinə çatdıran zaman, Kənd Təssərrüfat Nazirliyinin  Qadir adlı məmurunun və onun ətrafındakı qolbəyilərin hücumuna məruz qalıb. Azinforum.az həmin hadisə zamanı çəkilən videomaterialı təqdim edir.  Mövzu ilə bağlı Nazirlər Kabinetinin də mövqeyini öyrənməyə çalışacayıq.

Həmçinin oxuyun

Azərbaycanda porno təbliğatı aparan gənci kim himayə edir? – Gecə klubunda intim görüntülər (VİDEO 18+)

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room …