Ana səhifə / Gündəm / Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv olunur – SƏNƏD

Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv olunur – SƏNƏD

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

K.Heydərovun övladları Tale və Nicat Heydərovlara aid 2011-ci ildən fəaliyyət göstərən UEI PROPERTY (UK) LIMITED daşınmaz əmlak şirkətinin ləğv ediləcəyi ilə bağlı Britaniya Şirkətlər Evinə aid rəsmi “First Gazette”də martın 30-da elan verilib. İki ay ərzində şirkətin qeydiyyatdan çıxarılması gözlənilir. Şirkətin ofisi Londonda, Lime Street 52-də yerləşən məşhur The Scalpel biznes mərkəzinin 18-ci mərtəbəsində yerləşirdi. UEI PROPERTY (UK) LIMITED Britaniyanın Virciniya adalarında qeydiyyatda olan UNITED ENTERPRISES INTERNATIONAL LIMITED şirkətinin törəməsidir. 2019-cu il maliyyə sənədlərinə görə bu şirkətin aktivləri 5 milyon funt-sterlinq (11 milyon manat) civarında olub.

Qeyd: Heydərovlara məxsus daha iki şirkət – “Cafe Baku Limited” və “Azerbaijan Juices Limited” şirkətləri də bu ilin əvvəlində ləğv olunub. Fotoları təqdim edirik

Həmçinin oxuyun

Bir başqa 8 May…

Ötən ilədək hər dəfə mayın 8-də, təxminən bu dəqiqələrdə KİV-lərdə xəbər yayımlanırdı. Hər mayın 8-də …