Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Jurnalistlər cəbhəyə necə gedəcək? – Baş nazirdən qərar

Jurnalistlər cəbhəyə necə gedəcək? – Baş nazirdən qərar

Baş nazir Artur Rasizadə “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nı təsdiq edib.

Qafqazinfo” xəbər verir ki, qaydalara görə, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən KİV dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditasiya qaydasına əməl etməklə, onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər. KİV, eyni zamanda, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini akkreditə edə bilər.
Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır. KİV rəhbərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı müraciətdə adları göstərilən jurnalistlər akkreditə edilirlər.
2. Akkreditə olunması üçün müraciətin edilməsi
2.1. Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən KİV aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edir:
2.1.1. yerli KİV:
2.1.1.1. KİV rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə möhürlənməlidir);
2.1.1.2. təsisçi haqqında məlumatı;
2.1.1.3. akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını;
2.1.1.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4);
2.1.1.5. akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini;
2.1.1.6. KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı;
2.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV:
2.1.2.1. daimi nümayəndəliyin rəhbərinin rəsmi müraciətini;
2.1.2.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;
2.1.2.3. akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surətini;
2.1.2.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4);
2.1.2.5. akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə);
2.1.3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri:
2.1.3.1. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan KİV rəhbərinin rəsmi müraciətini;
2.1.3.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;
2.1.3.3. akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surəti;
2.1.3.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4);
2.1.3.5. akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə).
3. Akkreditə olunma
3.1. Yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar.
3.2. Akkreditasiyanın müddəti 1 (bir) ildir.
3.3. KİV əməkdaşları aşağıda göstərilən sayda akkreditə oluna bilərlər:
3.3.1. televiziya – 2 çəkiliş qrupu (jurnalist, operator və texniki işçi);
3.3.2. radio – 2 jurnalist;
3.3.3. informasiya agentliyi – 2 jurnalist və 2 fotoqraf;
3.3.4. dövri mətbu nəşr – 2 jurnalist və 2 fotoqraf;
3.3.5. internet informasiya ehtiyatı – 1 jurnalist;
3.3.6. digər yayım formaları – 1 jurnalist.
3.4. Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.
3.5. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları verilir (2 nömrəli əlavə).
3.6. Akkreditə edildikdən və akkreditə kartı alındıqdan sonra müvafiq məlumatlarda hər hansı dəyişiklik olarsa, bu barədə 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilir.
3.7. Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in müraciətinə əsasən, akkreditəolunma ilin digər vaxtlarında da keçirilə bilər.
3.8. Akkreditə kartları verilmiş KİV nümayəndələrinin qeydiyyatı müəyyənləşdirilmiş forma üzrə aparılır (3 nömrəli əlavə).
4. Akkreditədən imtina və onun ləğvi
4.1. Aşağıdakı hallar akkreditədən imtina edilməsi üçün əsasdır:
4.1.1. dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə;
4.1.2. mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə;
4.1.3. KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son 1 (bir) il məsuliyyətə cəlb olunduqda;
4.1.4. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirmədikdə;
4.1.5. əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;
4.1.6. kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 (bir) il müddətində inzibati məsuliyyətə cəlb edildikdə;
4.1.7. KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə.
4.2. KİV nümayəndələrinin akkreditəsi aşağıdakı hallarda ləğv olunur:
4.2.1. bu Qaydanın 4.1-ci bəndində göstərilən hallara (hala) yol verdikdə;
4.2.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini pozduqda;
4.2.3. nümayəndənin akkreditə edilmiş KİV-lə olan əmək münasibətlərinə xitam verildikdə;
4.2.4. KİV-in fəaliyyəti dayandırıldıqda və ya xitam verildikdə.
4.3. Akkreditə edən təşkilat akkreditəni ləğv etmədən akkreditə edilmiş nümayəndənin digər şəxslə əvəz olunmasını tələb edə bilər.
4.4. KİV rəhbərinə yazılı məktub göndərilməklə akkreditə ləğv olunur.
4.5. Bu Qaydanın 2-ci hissəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə çatışmazlıqlar olduqda onların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 7 (yeddi) gün müddətində təyin edilir. Təyin olunmuş müddət ərzində müvafiq sənədlər təqdim edilmədikdə və ya çatışmazlıqlar aradan qaldırılmadıqda akkreditədən imtina edilir.
5. Jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması
5.1. Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq KİV rəhbəri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hər ezamiyyət üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 (beş) gün müddətində baxılır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər.
5.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən KİV nümayəndəsinin ezam olunmasına icazə verilməsi barədə qərar qəbul edildikdən sonra KİV orqanı ilə səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha dəqiqləşdirilir.
5.3. KİV nümayəndəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin akkreditə kartı və icazə məktubu əsasında cəbhəboyu zonaya buraxılır.
5.4. KİV nümayəndələri hərbi hissənin səlahiyyətli şəxsinin müşayiəti ilə hərbi hissə komandiri (rəis) tərəfindən qəbul edilir. Komandir (rəis) komanda üzrə aidiyyəti olan şəxsləri məlumatlandırıb onların jurnalistlərlə görüşünü təşkil edir və foto-video çəkilişlərinin aparılması üçün lazımi şəraitin yaradılması ilə əlaqədar tapşırıqlar verir.
5.5. Komandir (rəis) çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılmasının yolverilməzliyini KİV nümayəndələrinin diqqətinə çatdırır.
5.6. Hərbi obyektdə olarkən KİV nümayəndəsini müşayiət edən səlahiyyətli şəxs çəkilişlər zamanı KİV nümayəndəsi tərəfindən bu Qaydanın 5.5-ci bəndinin tələblərinə və məxfilik rejiminə riayət olunmasına nəzarət edir.
5.7. Bu Qaydanın 5.5-ci bəndinin tələblərini pozan KİV nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv edilir.
Akkreditə kartı

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın