Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Gündəm / Jurnalist Məhəmmədəli Qəribli “Qarabağ Harayı” adlı müsabiqənin finalçısı seçildi

Jurnalist Məhəmmədəli Qəribli “Qarabağ Harayı” adlı müsabiqənin finalçısı seçildi

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə cari ilin yekunlarına dair “Qarabağ Harayı” adlı müsabiqə keçirilir. Müsabiqənin məqsədi Qarabağ üçün daha çox çalışmış qurum və fərdləri müəyyən etməkdir. Müsabiqənin Təşkilat Komitəsi 12 nominasiyanın hər biri üzrə 5 finalçını artıq müəyyən edib. Finalçılar QAT İdarə heyəti, digər qurumlar və fərdlər tərəfindən irəli sürülən namizədlər içərisindən açıq səsvermə ilə seçilib. Yaxın 1 həftə ərzində Təşkilat Komitəsi hər nominasiya üzrə 1 qalibi gizli səsvermə ilə seçəcəkdir. Qaliblərin təqdimat mərasimi dekabrın 27-də keçiriləcək, qaliblərə diplomlar təqdim olunacaqdır.
Onu da qeyd etməliyik ki, dövlət rəsmilərinin və məmurların, həmçinin QAT-ın rəhbərliyinə daxil olan şəxslərin və QAT-ın özünün müsabiqəyə namizədliklərinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu qərar subyektiv və konyuktur amillərin neytrallaşdırılması üçün verilmişdir. QAT rəhbərliyi ümid edir ki, müsabiqə ümumi Qarabağ işimiz ətrafında cəmiyyətin daha çox səfərlər edilməsi, fəallığın artması, zəhmət çəkənlərin əməyinin stimullaşdırılması üçün müəyyən rol oynayacaqdır.

Müsabiqənin finalçılarını təqdim edirik (əlifba sırası ilə):
I. Ən yaxşı TV:
1)APA TV.
2)ARB TV.
3)CBC TV.
4)İTV.
5)Kanal 13.

II. Ən yaxşı radio:
Araz radiosu.
Azərbaycan radiosu.
İctimai radio.
Radio 106.3.
Radio 104.FM.

III. Ən yaxşı qəzetlər:
“Bakı Xəbər”.
“Cümhuriyyət”.
“Şərq”.
“Təzadlar”.
“Yeni Müsavat”.

IV. Ən yaxşı internet saytı:
1) APA.az.
2) Karabakhinfo.az.
3) 1905.az.
4) Moderator.az.
5) Musavat.com .

V. Ən yaxşı millət vəkili:
1) Aqil Abbas.
2) Elman Nəsirov.
3) Fazil Mustafa.
4) Qənirə Paşayeva.
5) Vahid Əhmədov.

VI. Ən yaxşı QHT rəhbəri:
1) Emin Həsənli.
2) Firidun Məmmədov.
3) Mehdi Mehdiyev.
4) Roza Əliqızı.
5) Sultan Əzimzadə.

VII. Ən yaxşı siyasi lider:
1) Cəmil Həsənli.
2) Hacı Mövsüm Səmədov.
3) İsa Qəmbər.
4) İskəndər Həmidov.
5) Mirmahmud Mirəlioğlu.

VIII. Ən yaxşı diaspor xadimi:
1) Cəfər Dal. Türkiyə.
2) Elbrus Məmmədov. Gürcüstan.
3) Əlibəy Məmmədov. Yaponiya.
4) Füzuli Məmmədov. Rusiya.
5) İlhan Aşkın. Avropa.

IX. Ən yaxşı döyüşü davam etdirən döyüşçü.
1) Qələndər İsmayılov.
2) Mahir Rzayev.
3) Rəhman Cəfərov.
4) Solmaz Alıyeva.
5) Tahir Bayramov.

X. Ən yaxşı din xadimi:
1) Hacı Əfqan Muradov.
2) Hacı İlqar İbrahimoğlu.
3) Hacı Növrəstə İbrahimova.
4) Hacı Sərdar Hacıhəsənli.
5) Hacı Şahin Həsənli.

XI. Ən yaxşı KİV yazarı:
1) Akif Aşırlı.
2) Asif Mərzili.
3) Elşad Paşasoy.
4) Məhəmmədəli Qəribli.
5) Zülfüqar Hüseynzadə.

XII. Ən yaxşı tədqiqatçı:
1) Boran Əzizli.
2) Firdovsiyyə Əhmədova.
3) Kərim Şükürov.
4) Rizvan Hüseynov.
5) Şəlalə Həsənova.

Qeyd: Bir daha qeyd edirik ki, nominasiyalar üzrə finalçıların adları əlifba sırası ilə verilib. Hər nominasiya üzrə bir qalib seçiləcək. Finalçıları təbrik edirik və hər birinə qalib gəlməyi arzulayırıq.

Həmçinin oxuyun

“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə …