Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / İzzət Bağırovun “beşbarmaq əməliyyatı” – Təfsilat/Foto

İzzət Bağırovun “beşbarmaq əməliyyatı” – Təfsilat/Foto

Avqustun 31-də “Neolit” şadlıq evində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova görə kütləvi əlbəyaxa olsa da, artıq tərəflər barışıblar.

Bu haqda Axar.az-a müğənniyə yaxın şəxsdən verilən məlumatda bildirilir. Belə ki, İ.Bağırova hücum çəkən məclisdəki bir qrup qonaq və ev sahibi Novruz Aslanlı müğənni ilə görüşüblər. Görüşdə tərəflər biri-birini dinləyib və ədavətə son qoymağa qərar verilib. İ.Bağırov da sözügedən şəxslərdən şikayətçi olmayacağını söyləyib. Hər iki tərəf mübahisənin anlaşmazlıqdan baş verdiyini bildirib və barışıq əldə olunub. Faktla bağı cinayət işi başlansa da, tərəflərin barışması istintaqın işə xitam verəcəyi ehtimalını yaradıb.

Beşbarmaqla döyülən “ev sahibi”

Mediada gedən xəbərlərə görə, məclis iştirakçıları olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər. Yada salaq ki, ad günü məclisində davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar əlbəyaxa olublar.

N.Aslanlının “beşbarmaq”la İ.Bağırovun prodüseri Elçin tərəfindən vurulması haqda mətbuatda xəbərlər tirajlansa da, tərəflərin barışması müəyyən şübhələr və müəmmalara yol açır. Eyni zamanda prodüserin həbs olunduğu xəbəri yayılsa da, təsdiqini tapmır. Bununla bağlı heç bir rəsmi açıqlama verilmir.

Ev sahibi əvəzinə… qonaq

N.Aslanlının ailəsi mətbuatda yayılan məlumatların bir qisminin həqiqəti əks etdirmədiyini bildirib. Femida.az saytına danışan ailə bildirib ki, əslində döyülən N.Aslanlı olsa da, məclis onun övladının universitetə qəbul olması şərəfinə təşkil edilməyib. A.Aslanlı döyüldüyü məclisdə qonaq kimi iştirak edib.

Məsələ ilə bağlı yayılan xəbərlərdə restoranın mühafizəçilərinin də davaya qoşulduğu bildirilib. Ancaq hələ ki, restoran mühafizəçilərindən kiminsə məsələ ilə bağlı dindirildiyi və ya tutulduğu məlumatı yoxdur.

“Neolit” susur

“Neolit” restoranının adminstratorları da hadisə barədə məlumat vermək istəməyiblər. Axar.az-a danışan və adının açıqlanmasını istəməyən “Neolit” əməkdaşı bildirib ki, hadisənin görüntüləri artıq istintaqa təhvil verilib. Restoranın 3 adminstratoru ilə əlaqə saxlasaq da, onlar istintaq müddətində bu barədə danışmaq istəmədiklərini vurğuladılar.

Əri ölür, ancaq şikayətçi deyil

Məsələnin maraqlı tərəfi həm də ondan ibarətdir ki, döyülən tərəf İzzət Bağırovun həbs olunmasını istəmir. Ölümcül döyülən N.Aslanovun həyat yoldaşı bildirib ki, yoldaşının vəziyyəti ağırdır və indi onları düşündürən ancaq həyat yoldaşının tezliklə sağalıb ayağa qalxmasıdır. Döyülən ailənin xanımının sözlərinə görə, müğənni onlara kömək təklif etsə də, heç nə qəbul etməyiblər:

“Bir tək tələbimiz odur ki, yoldaşım sağalsın. Şikayət də etmirik. Allah özü bilən məsləhətdir. Allah özü onların cəzalarını versin”.

3 saylı Şəhər Kliniki Xəstəxanasından da bildirilib ki, döyülən xəstənin vəziyyəti hazırda stabil ağırdır.

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …

Bir cavab yazın