Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / İxtiyar Axundovun ailə şirkəti – “Bos Shelf”: işçilər prezidentə müraciət edəcək

İxtiyar Axundovun ailə şirkəti – “Bos Shelf”: işçilər prezidentə müraciət edəcək

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun bazasında yaradılan “Bos Shelf” MMC-də yenidən işçilər etiraza başlayacaq.
«Bos Shelf»də çalışan işçilərdən AzToday.az-a daxil olan məlumata görə, MMC-nin direktoru İxtiyar Axundov zavodda dözülməz vəziyyət yaradıb. Belə ki, İxtiyar Axundov qohumlarını və yerlilərini başına yığaraq “Bos Shelf”də yüksək maaşlı işləri onlara tapşırıb. İxtiyar Axundovun yerlisi və ya qohumu olmayan işçilər isə ən ağır işlərdə işlədilir, əvəzində az maaş alırlar.
İşçilər “Bos Shelf”də yaranan dözulməz vəziyyətlə bağlı dövlət başçısına müraciət edəcəklərini bildirirlər. Dövlət Neft Şirkətinə edilən müraciətlərin nəticəsiz qaldığını deyən və adının hələlik mediada çəkilməsini istəməyən işçi AzToday.az-ın əməkdaşına bildirib ki, ARDNŞ rəhbərliyində İxtiyar Axundovu himayə edən şəxs olduğundan quruma ünvanlanan şikayətlərə baxılmır, həmçinin müraciət edən işçilər işdən çıxarılmaqla cəzalandırılır.
Halbuki “Bos Shelf”də böyük maxinasiyaların həyata keçirildiyini bildirən mənbə zavodda yoxlama həyata keçirələcəyi təqdirdə İxtiyar Axundovun həbsdən yaxasını qurtara bilməyəcəyini söyləyir. Həmin işçinin redaksiyamıza təqdim etdiyi məlumatları araşdırmaqdayıq və səslənən ittihamlar ciddi olduğundan hüquq-mühafizə orqanlarına sorğular verəcəyik. Yaxın günlərdə İxtiyar Axundovun “Bos Shelf”də işləyən qohumların adlarını və zavodda həyata keçirilən maxinasiyaların bir qismini dərc edəcəyik.
Qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.
P.S. “Bos Shelf”də baş verənlərlə bağlı mediada kifayət qədər ciddi ittihamlar səslənib. Nədənsə hüquq-mühafizə orqanları zavodda baş verdiyi iddia olunan maxinasiyalara susqunluq nümayiş etdirib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın