Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Gündəm / İstanbulda özünü güllələyən diplomat Eldar Həsənovun qohumudur

İstanbulda özünü güllələyən diplomat Eldar Həsənovun qohumudur

İslam Konfransı Təşkilatı Gənclər Forumunun əməkdaşı, dünən İstanbulda özünü güllələyərək intihar edən Fəxrəddin Əliyev keçmiş baş prokuror Eldar Həsənovun dayısı oğludur. Bu barədə müsavat.com xəbər verir. Bildirilir ki, mərhum həm də təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş müsavatçı İlham İsmayılın bacanağı olub.

Mərhumun yaxınlarından biri adının çəkilməməsi şərti ilə bildirib ki, F. Əliyev XİN sistemində işləmirdi: “O, İstanbulda yaşayırdi və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik”.

Məlumata görə mərhumun cənazəsi artıq Bakıya gətirilib və Yasamaldakı ailə qəbristanlığında dəfn olunub.

***

12:51

İstanbulda inthar edən azərbaycanlı diplomat Fəxrəddin Əliyev Türkiyədə həm də biznesmen kimi tanınıb.

Türkiyədəki mənbələrdən məlum olub ki, o, azərbaycanlı iş adamları Dərnəyinin yaradıcılarından biridir. Bu struktur 2012-ci ildə təsis edlib. F.Əliyev “Farko” adlı şirkətə başçılıq edib. İnternet mənbələrinə əsasən İstanbulda yerləşən “Farko Boyama və Tekstik Sənaye Ticarət Limited Şirkəti” tekstil sənayesində parça boyama işləri ilə məşğul olur. Habelə turizm obyektlərinin inşası ilə məşğul olan “Farko Turizim İnşaat Sənaye Ticarət Limited Şirkəti” fəaliyyət göstərir.

*   *   *11:15

Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün yanvarın 22-də İstanbulda baş verib.

Diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.

Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.

İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib. Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib.

Vitualaz.org hadisə barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Azərbaycan XİN-lə əlaqə saxlamağa çalışır. Saytımızı izləyin.

*  *  *

Xatırladaq ki, İslam Konfransı Gənclər Forumunun baş katibi Azərbaycanın Dini İclamalarla iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri, Fətullah Gülən təriqətinə bağlı olduğuna görə bu vəzifədən uzaqlaşdırılan Elşad İsgəndərovdur. O, fövqəladə və səlahiyyətli səfir rütbəsini daşıyır.

Ötən il mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov  Dini İcmalarla iş üzrə Dövlət Komitəsinin sdri vəzifəsindən azad olunmuşdu. Vəzifəsindən azad olunandan bir neçə gün sonra o, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Baş Katibi təyin edilib. Daha sonra E.İsgəndərova ikinci vəzifə-Azərbaycan XİN-də idarə rəisi vəzifəsinin verildiyi haqda rəsmi agentliklər məlumat yayıb.

İstanbulda baş vermiş intihar hadisəsi barədə  Elşad İsgəndərovla əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.

Həmçinin oxuyun

METROPOLİTEN RƏSMİSİNİN DƏ PRAQADA BİZNESİ TAPILDI – Fotolar

“Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu Çexiyaya yolunu 2010-cu ildən salıb. 25 noyabr …

Bir cavab yazın