Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / İşdən çıxarılan alimlərdən ADPU-nun ittihamlarına sərt cavab- “Dekan plagiatlıq edib”- FOTO

İşdən çıxarılan alimlərdən ADPU-nun ittihamlarına sərt cavab- “Dekan plagiatlıq edib”- FOTO

Məlum olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti  (ADPU) bir sıra KİV-lərdə dərc edilən  “ADPU-da kütləvi narazılıq dalğası” sərlövhəli yazıya cavab verib.  Həmin  cavabı Azinforum.az olaraq biz də öz saytımızda “ADPU barəsində səslənən ittihamlara cavab verdi – “ƏSASSIZDIR!””  başlığı ilə  dərc etmişik.   Qey edək ki, universitet adından yayılan məlumatda həmin ali təhsil müəssisəsindən uzaqlaşdırılan  elmi dərəcəli müəllimlər – Pərvin Cəfərova və  Vəlimedova Olqa Viktorovnan daha çox bəhs olunur. Sözügedən hər iki müəllim Azinforum.az-ın redaksiyasına gələrək universitet adından yayılan məlumatda barələrində səslənən ittihamlara cavab verməklə bağlı haqqlarının təmin olunmasını istəyiblər. Sözügedən məqalə bizim də saytımızda dərc edildiyi səbəbindən ( başqa KİV-ə istinadən verilsə belə – red.) müəllimlərin cavab haqqını tanıyırıq. Müəllimlər universitetin barələrində səsləndirdiyi ittihamlara bənd-bənd cavab veriblər.

Pərvin Cəfərovanın cavabı

Universitetin cavabında deyilir: Pərvin Cəfərova qeyd edir ki, tanımadığı qruplarda nümunə dərsi aparıb.

Bildiririk ki, müəllimin auditoriyanı tanıyıb-tanımamğının keyfiyyətli dərs demək üçün heç bir əhəmiyyəti yoxdur. Burada müəllimin fənni mükəmməl bilməsi və tədris etməsi əsasdır.

Cavab: Universitet rəhbərliyinin xəbəri olsun ki,1-ci kurs tələbələrinə məktəbəqədər pedaqogika  fənni tədris edilmir. Ümumi pedaqogikanı yeni keçməyə başlayan qrupa  bu fənnin tədris olunması Cəfər müəllimin fənnindən misal göstərsək 5-ci sinif Ata Yurdunu keçməkdə olan şagirdə 7-ci sinif Tarixindən “Naxçıvan xanlığını “ keçməyə bərabərdi.

Universitetin cavabında deyilir :P.Cəfərova dərsi lazımi səviyyədə apara bilmədiyi ittihamına. Ümumiyyətlə, dərsin mühazirə və ya seminar məşğələsi olması aydın olmadı. Halbuki o, mühazirə məşğələsi keçməli idi.

Cavab:Görünür ki, universtet rəhbərliyinin müasir interaktiv təlim metodlarından xəbəri yoxdur. Bildirilən fikirdən belə nəticə çıxartmaq olar ki, rəhbərlik üçün ideal  mühazirə tribunadan dayanıb mühazirə mətnini üzündən oxumaqdan ibarətdir. Əgər belədirsə onda dərsin qiymətləndirmə meyyarlarında hansı səbəbə “Tələbələri fəallığa və yaradıcılığa sövq edilməsi(tələbələrin dərs prosesinə qatılmasını təmin etməsi)”, “Auditoroyada əməkdaşlıq şəraiti yaratmaq bacarığı”  və s. meyarlar əks olunub.

Universitetin cavabında deyilir: Öyrədici–texniki mühitin yararsız olmasının bəhanə gətirən P.Cəfərova bununla dediyi dərsdəki çatışmazlıqları ört-basdır etməyə çalışır. Onun dərsi nəzəri-metodik cəhətdən düzgün deyildi və təkrar müzakirə zamanı bu nöqsanlar bir daha qeyd edildi.

Cavab:Dərsə mövzunun slaydı və şəxsi noutbukumla gəlmişəm. Bundan başqa universitetimizin  maddi texniki bazasının aşağı olmasını düşünərək “flip chartlarda” slaydların əsas hissəsinin öncədən hazırlamışam.

Universitetin cavabında deyilir: Müsabiqədə P.Cəfərova ilə iştirak edən Səmədzadə Fəridə Oqtay qızı “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə magistr təhsili almışdır, doktorantdır. P.Cəfərovanın özünün də baza təhsili “Məktəbəqədər təlim və tərbiyə” ixtisası deyildir. İbtidai təhsil fakültəsini bitirmişdir.

Cavab:Bildirirəm ki, Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun  məktəbəqədər tərbiyə üzrə

AB-II № 021376 ixtisas diplomunuuniversitetə təqdim etmişəm. Əgər yenidən cənab rektor və onun ixtisası pedaqoji universitetlə əlaqədar olmayan gətirdiyi komandası bu diplomu görmək istəyirsə İsan resursları şöbəsindən bunu tələb edə bilər. Bundan başqa, Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcə aldığım dissertasiya işi  bu ixtisasla bağlıdır.

2-il Magıstr təhsili almaq bir elmin nəzəri-metodik biliklərini öyrənməyə kifayət edirmi? Nəzərə alsaq ki, magistr təhsilində uşaq bağçalarında hec bir praktika aparılmır  demək ki, bu elmin praktik metodikasına bələd olmaq şansı sifra bərabərdir. Müasir təhsil isə sirf nəzəriyyə üzərində tələbələrə ötürülməli deyil, bağça reallığı ilə əlaqələndirilməlidir.

Məkətəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasına rəhbəri Müseyib İlyasov özü ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib və elmi fəaliyyətinin əsası ümümi pedaqogika, peşə təhsiliylə bağlıdır. Məktəbəqədərlə yaxından-uzaqdan heç bir əlaqəsi olmuyan birinin bu kafedraya rəhbərlik etməyi acınacaqlı bir faktdır. Özü qeyri-ixtisasçı olduğu üçün bakalavr ixtisası qeyri fənnlər olan insanların ora cəlb olunmasına maraqlıdır.

Universitetin cavabında deyilir: P.Cəfərovanın qeyd etdiyi kimi, Fəridə Səmədzadənin atası Oqtay Səmədzadə Müseyib İlyasovun həyat yoldaşının işlədiyi məktəbin direktoru yox, Sabunçu rayonundakı 279 nömrəli tam orta məktəbin direktorudur. P.Cəfərovanın yazdığı “Fakültə seçki komissiyasının sədri” (belə bir vəzifə mövcud deyil) Müseyib İlyasovun həyat yoldaşı isə 82 nömrəli tam orta məktəbin müəllimidir. Burada da başqalarını saxtakarlıqda günahlandıran P.Cəfərova özü saxta danışmaqla insanları aldatmağa çalışır.

Cavab:Univerisitet cavab versin ki, bəs hər bir fakültədə yaradılan  seçki komissiyasına  rəhbərlik edən şəxs bu iş çərçivəsində hansı vəzifəni daşıyır? Müseyib İlyasovun Fəridə Səmədova ilə qonşu olma faktı yalandır?!

Universitetin cavabında deyilir: P.Cəfərovanın “bu fənni heç bir zaman tədris etməyən” adlandırdığı Həsənova Pərişan Məhərrəm qızı “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə ali təhsil almışdır, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllimdir. Uzun müddət Bakı Qızlar Univeritetində kafedra müdiri işləmiş və bu fənni tədris etmişdir.Yüksək hazırlılı müəllimdir.

Cavab:Həsənova Pərişan özü dəfələrlə  kafedrada bildirib ki,  Qızlar Universtetində işlədiyi müddətdə cəmi bircə semestr bu fənni tədris etdikdən sonra özü imtına edib. Araşdırmaq üçün Qizlar Univerisitetinin tədris yüklərinə baxmaq kifayətdir.

Universitetin cavabında deyilir: P.Cəfərova təkrar müzakirə vaxtı Qarabağ münaqişəsini dərsdə qeyd etdiyi üçün ona irad tutulduğunu bildirir. P.Cəfərovanın müraciətində Qarabağ münaqişəsini və Təhsil Strategiyasının ona irad tutlmasını ön plana çəkməsi əslindədərsinin aşağı səviyyədə olmasını gizlətmək üçün bir vasitədir. Onun gətirdiyi arqument dərsin səviyyəsinin yüksək olması demək deyildir.

Cavab: Dərsim aşağı səviyyədədirsə niyə 1 illik müqavilə təklifi  edilir.

Universitetin cavabında deyilir: P.Cəfərova qeyd edir ki, təkrar müzakirə zamanı “ən gülünc irad” komissiya üzvlərinin dərsi təlimçi kimi aparmağımı irad tutmaları idi.

Cavab: P.Cəfərova 40 nəfərlik  və 40 kvadrat metrlik  auditoriyada əlini yuxarı qaldıraraq “uşaqlar, məni görürsünüz?”- deməsi kurslarda təlim aparan təlimçi kimi təəssürat yaradırdı. P.Cəfərova mühazirəçi müəllim kimi deyil, özünü təlmçi kimi aparırdı. Başa düşmürdü ki, o bağça uşaqları ilə deyil, tələbələrlə işləyir.

Mən təcrübəmdə bağça uşaqları ilə yanaşı, Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan məktəbəqədər sahədə bir çox təlimlərdə təlimçi,mentor və monitorinq rəhbəri olaraq  fəaliyyət gəstərmişəm. Təlim keçdiyim qruplar peşəkar-təcrübəli  tərbiyəçilər, metodistlər, müəssisə rəhbərləri və ibtidai sinif müəllimləri olmuşdur. İrad kimi qeyd olunan metodika beynəlxalq təlimlərdə xarici mütəxəssislər tərəfindən təlimin idarə olunması və diqqətin toplanması üçün bizə öyrədilmiş kiçik, amma ən effektiv  üsullardandır

Universitetin cavabında deyilir: P.Cəfərova müsabiqə və apellyasiya müddətində qeyri-obyektivliyə, qərəzli münasibətə yol verildiyini iddia edir.

Müsabiqə və apellyasiya müddətində heç bir qeyri-obyektivliyə, qərəzli münasibətə, məkrli idarəçiliyə yol verilməmişdir. Bütün dərslərin videoçəkilişi vardır. Fakültə dekanı Şəhla Əliyeva heç kimə təsir göstərməmiş və xahiş etməmişdir. Komissiyanın tərkibinə bu sahənin tanınmış mütəxəssisləri, görkəmli alimlər və fakültənin ən yaxşı müəllimləri daxildir. Onlara təsir və ya təzyiq olunmamışdır. Əgər P.Cəfərova özünü həqiqətən bacarıqlı müəllim hesab edirsə, niyə birillik müqavilə ilə işləməkdən  və yenidən seçkiyə getməkdən imtina etdi? İkinci dəfə seçkiyə girib özünü sübüt edə bilərdi.

Cavab:Video çəkilişlər var amma müqayisəli təqdimata aparılmır. Əgər rektor öz seçkisini şəffaflığına inanırsa seçdikləri müəllimlərin dərslərinin video görüntülərini niyə gizlədir?!

Komissiyanın tərkibinə seçkilərin hansı şəraitdə aparılması və ora kimlərin necə seçilməsi hərkəsə cox aydın məlumdur.

Mənim birillik müqavilə ilə işləməkdən və yenidən seçkiyə getməkdən imtina etməyimin səbəbi özümə və dərsimə əminliyimdən, bu saxtakarlığa göz yummağı peşəkarlığıma sığışdırmadığımla əlaqəlidir.

Universitetin cavabında deyilir: P.Cəfərova iddia edir ki, kafedra müdiri M.İlyasov tərəfindən ona birillik müqavilə üçün ərizə yazmaq təklif olunub. Guya M.İlyasov qeyd edib ki, müqaviləyə qol çəkməsə, işdən azad olunacaqdır və onu 14 sentyabr 2017-ci il tarixdə işdən azad edib.Əslində, belə bir şey olmamışdır. Bu P.Cəfərovanın növbəti yalanıdır. Ona topladığı ballın müqabilində birillik müqavilə bağlamaq təklif olunmuşdur. O isə bundan özü imtina etmişdir.

Cavab:Hər ikisi arasında fərq nədən ibarətdir? İddia olunur ki, M.İlyasov tərəfindən bu təklif bildirilməyib. Mən  İnsan resursları şöbəsinə getmədiyim halda bu təklifi kim bildirib? Bir daha qətiyyətlə bildirirəm ki, bu təklifi “Əsas binaya gedin, ərizə yazın bir illiyə yoxsa işdən cıxarilacaqsiz” şəklində Müseyib İlyasovdan almışam.

Universitetin cavabında deyilir: P.Cəfərova qeyd edir ki, xəstələnib və büllütendə olduğu halda işdən çıxarılıb. Onun müqavilə müddəti aprel ayında başa çatmış, müqavilə müddəti sentyabrın 15-dək uzadılmışdır. Birillik müqavilədən imtina etdiyi üçün işinə xitam verilmişdir. Büllüten təqdim olunmamışdır.Xəstə olması barədə heç kimə məlumat verməmişdir.

Cavab:11.09.2017 tarixində tabelçi (o zaman 4-cü korpusda oturan) Ayşən Arif qızı Bayramova(İşə davamiyyətə nəzarət bölməsi nəzarətçi) mobil telifon vasitəsiylə zəng vurub bildirmişəm.14.09.2017 tarixində onun şəxsi nəmrəsindən mənə zəng gələrək əmrin verildiyini və büllüten pulunun ödənilməyəcəyini bildirdi.(Zənglər Azercell Məhkəmə yoluyla lazım gəldikdə açılacaq).

Cəfər Cəfərov Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndini pozduğuna bəraət qazandırmaq istəyir.

Universitetin cavabında deyilir: Bunu da qeyd etmək istəyirik ki, P.Cəfərovanın 2016-2017-ci tədris ilində Davamlı təhsil və təlim şöbəsində dinləyicilərdən sərbəst iş üçün 20 AZN pul alaraq onlara qiymət yazması haqqında 3 nəfər tələbənin ərizəsi vardır.

Cavab: Rektor Cəfər Cəfərov gəldiyi müddətdən bu günədək univerisitet idarəçiliyindən daha çox böhtan siyasətiylə məşğuldur. Bu əsasız, faktlara söykənməyən şər və böhtan xarakterli iddiaların bu günədək üzə çıxardılmamasının səbəbi nədir?!

Univerisitetimizdə bu iddalarla bir neçə əməkdaş işdən uzaqlaşdırılib. 2016-2017-ci tədris ilində bu fakt, ərizələr mövcud idisə həmin anda mən niyə işdən uzaqlaşdırilmamışam? Hətta seçkidə iştirak etməmə şərait yaradılıb və birillik müqavilə bağlamaq təklif olunmuşdur.

İddialaraıma cavab verilərkən məni yalançı, heç bir fakt olmadan-rüşvətə yol verən biri kimi göstərildim. Bu bir Azərbaycan vətəndaşını şərəf və ləyaqətinin alçaldılmasdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46 Maddəsinin II bəndinin pozulmasıdır.

Korrupsiya faktının təsbit və təsdiq olunmadığı halda böhtan xarakterli  bu cavab Cəfər Cəfərovun qanun qarşısında cavab verməsi ilə nəticələnəcək. Korrupsia aktını təsdiq etməyin şərtlərini bilməyə univerisitet rəhbəri bu göstərdiyi 20 AZN- ni mənim əlimdəmi tutub və ya bu halı təsdiq etməyə qanunla belə fakt kimi qəbul edilməyən video, audio  və ya başqa faktlar var? Varsa, mən hətta bu qanunsuz faktları belə, görməyə hazıram. Bu gün iddalarıma görə meydana çıxarılan,  haçan yazılması ekspetizasiz təsdiq olunmayacaq, heç bir sübut, əsası olmayan bu ərizələr nə zaman yazılması məlum deyil.Üstə gəl, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq (Rüşvət vermə) rüşvət verənlər də cinayət məsuliyyətinə cəlb olunurlar. Əgər dekanın əlində belə faktlar olsaydı, o, dərhal Universitet rəhbərliyinə çatdırıcaqdı.

Olqa Vəlimedovadan cavab

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən “Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir”. Yəni dosentin rəqibi ondan aşağı dərəcəli olmaz.
Əlbətdə də fakültə dekanı Şəhla Əliyeva müsabiqə prosesindəki yol verdiyi nöqsan və qayda-qanunların ciddi pozuntularını müəllimi savadsızlıq və bacarıqsızlığında əsassız günahlandıraraq gizlətmək istəyir. Əvvəla, xüsusi qeyd etmək lazımdır ki, Psixologiya – psixikanın qanunauyğunluqlarının, faktlarının, müxanizmlərinin öyrənən elmdir. Müsabiqədə apardığım Eksperimental psixologiya fənni isə – psixi proses, hal və xassələr haqqında eksperimentləşdirmə yolu ilə əldə olunmuş biliklər sistemidir. Ona görə də psixologiya eiminin mahiyyəti, yaranması, inkişafı tarixi, üsulları bilavasitə psixologiyanın ümumi məsələləri ilə sıx bağlıdır. Müsabiqə üçün açıq dərs 27 aprel 2017-ci ildə olmuşdur. Həmin gün tədris-metodik işçisi tərəfindən açıq dərs verməyimi planlaşdırılmırdı. Amma sənəd verən başqa iştirakçısının gəlmədiyi üçün dərsin başlamasından on beş dəqiqədən sonra həmin nəzarətçi ilə fakültə dekanı Şəhla Əliyeva sinifə gəlib açıq dərs verəcəyimi elan edirlər. Mənə fənn sillabusundan mövzu göstərilib və dekan sinif otağının sol tərəfdə ikinci partanın arxasında əyləşərək kamera çəkən oğlana “Məni burada çəkmə” komandasını verərək dərsimi izləməyə başlayıb. Bütün dərs zamanı o, mənə baxanda gülümsəyirdi, qəribə əl-qol hərəkətləri edərək psixoloji təzyiq göstərirdi, diqqətimi yayındırırdı. Mən isə dəfələrlə nə olduğunu soruşsam da o, məni dərsimi davam edib-etməməyim baradə sual verirdi. Bütün maneçiliklərinə baxmayaraq, dərsim uğurla başa çatdı. Dərsə interaktiv sisteminə əsasən motivasiya verilib, sual-cavab keçirilib, tələbələrin aktivliyi də müşahidə olunurdu. Dərsimdə dekan oturmuşdur. Onu hamı görür və bilir, kafedra müdiri professor Ərəstun Baxşəliyev də olub. Çox acınacaqlı faktdır ki, Şəhla Əliyeva dərsimdə iştikak edə-edə onu inkar edir. Yalan heç vaxt insanı ucaltmaz! Buna çoxlu sübutlar da var. Şəhla xanım görünməyən adam (nevidimka) deyil və və yaxşı olardı ki, o, öz əməllərini, o cümlədən neqativ, boynuna alsın və nəticə çıxarsın.
2016/2017-ci tədris ilində “Eksperimental psixologiya” fənnindən dərsi olmayıb. İkinci semestrdə mənim ancaq “Kliniki psixologiya” və “Psixofiziologiya” fənlər üzrə dərsləri tədris edirdim. Bunun sübutu – 2016/2017-ci ilin iş sənədləri və dərs yükümdür ; onu asanlıqla yoxlamaq olar. Açıq dərs verdiyim qruplarda üçüncü kurs tələbələri idi və onlarda  “Eksperimental psixologiya” fənni birinci kursda tədris olunurdu. Lakin müsabiqəmə görə açıq dərsim bu fənnindən idi. Açıq dərsin mövzusu qabaqcadan elan olunmalıdır. Mövzunu mən seçməmişəm, müsabiqədən əvvəl bilməmişəm və videogörüntülərdə onu iki va ya üç dəfə qeyd etmişəm. Disk var, qoy bir də diqqətlə baxsınlar həqiqətsiz sözlər danışmaqdansa.
Müəllimlər P.Cəfərova və S.Salamova məndən fərqli olaraq öz fənnlərindən açıq dərs verirdilər. Qoy baxsınlar mənim 2016/2017 tədris ilində “Eksperimental psixologiya” birinci və ikinci semestrlərdə varmı? Sillabus da Edison Quliyevin idi. Bəs rəqibim Gülnarə Əlixanova mövzunu qabaq bilirdi.
Açıq dərsimin qiymətləndirilməsi qeyri-obyektiv və qərəzli aparılıb. Yaxşı olardı ki, həm mənim, həm də rəqibimin dərsləri müqayisəli şəkildə müstəqil elmi-pedaqoji komissiya və ya ekspert tərəfindən baxılıb qiymətləndiriləcərdir.
Apellyasiya şikayətim iştirakım olmadan keçirilmişdir, çünki mənə təyin olunan gün dəyişilib (bir gün qabaq ediblər) və mənə zəng vurduqlarını təsdiq edirlər. Saxta nəticə həqiqət kimi izah etmək bacarmadıqları üçün məni oraya çağırmağım onların maraqlarında deyil. Apellyasiya niyə təyin olunmuş gündə olmayıb? Bu baxış mənim üçün vacibdir və ora mütləq gələcəydim. Onların dediklərinə görə, insan özün özünə düşməndir.
Mənim sınaq dərs kənar mövzuda danışmağım iddiası da sadəcə böhtandır. Disk var, baxın, hər kəsin qulaq və gözləri vardır. Bu diski baxıb reallıq görmək istəmirlər.
Son on ildə mən əsas iş yerimdən daha iki Ali məktəblərdə əvəzçilik üzrə işləmişəm. Psixologiya başqa elmlərdən fərqli olaraq çoxsahəli elmdir (35 akademik sahə mövcuddur) və mən iş fəaliyyətim zamanı ümumi sayda 27 fənnindən tədris edirdim. Bütün sillabuslar, həm elektron, həm də çap formada mövcuddur və göstərə bilərəm. Əgər bu kiminsə üçün bu inandırıcı deyilsə, öz gözü ilə baxıb inanmağa məcbur qalacaq.
ADPU-nun cavab məktubunda saysız-hesabsız şər, böhtan, qarayaxma sözlərinin işlənilməsi ilə seçilir. Amma onları dəfələrlə işlətmətdənsə, heç olmasa, bir sübüt gətirmək yaxşıdır.
Mən kafedranın yekun iclasında iştirak edərək ədalətsiz seçilmiş namizədlərinin əleyhinə səs vermişdim. Başqa cürə olmaz! Əgər mən iştirak etmişəmsə, mütləq “lehinə” olmalıyam?!
Bir illik əmək müqaviləsinə gəldikdə, bu müqavilə mənə verilməmişdir. Mənə, digər müəllimlərə kimi, bir illik işləmək üçün rektorun adına ərizə yazmağı təklif olunub. Müqavilə mən görməmişəm, əgər imtina etmişəmsə, “qol çəkməkdən imtina edirəm” yazı olardı. Amma ərizədən imtina etdim, çünki Müəllimlər İnstitutu bağlanandan sonra, cənab Prezidentin Sərəncamına baxmayaraq, bizimlə, qanunsuz olaraq, bir illik əmək müqaviləsi bağlanılıb. Müsabiqə tamamilə saxtalaşdırılıb; dərslərimizi təzədən baxıb qiymətləndirmək mümkündür. Əgər videoçəkilişə baxmayaraq, dekan tərəfindən idarə olunan komissiya tərəfindən obyektiv qiymətləndirilmirsə, mən niyə ora yenə getməliyəm və ərizə də yazmalıyam? Üstə gəl, dekanın təqdimatına əsasən, dərs yüküm saat-hesabı fondundan ödəniləcək (təqdimat varımdır). Beləliklə, elmi dərəcəli müəllimlər əksəriyyətdə ştatdan çıxarılıb, elmi dərəcəsi olmayan işçilərlə əvəz olunurlar. Bu hal dərəbəylikdən başqa dəyərləndirmək olmaz.
Elmi məqalələrimin sayı 40-dır. Siyahı təqdim etdiyim zaman 36 idi, dördü çapda idi, indi hazırdır. Yenə bir-bir çıxır, mən həmişə elmi-axtarış yollarındayam. Dövlət qrifli olan “Psixologiya” adlı dərs vəsaitim (rus dilində), metodik vəsaitlərim və başqa kitablarım var, həvəslə göstərə bilərəm. Mənə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən dosent elmi adı verilmişdir. Necə ola bilər ki, dərslik olmadan belə ciddi qurumdan diplom almaq olar? Redaksiya üçün cavab məktubu çox yegin ki, bu işlər xəbəri olmayan adam hazırlayırdı. Amma rəqibim Gülnarə Əlixanovanın məqalələrin sayı güya 39 ola-ola, siyahıdan başqa kimsə görmüşdür, onlar hardasa müzakirə olunmuşdur və onların nəticələri haradasa tətbiq olunmuşdur? G.Əlixanova heç hansı əcnəbi dil danışa bilməməyinə görə, öz məqalələri o dillərdə yazıb, təqdim edə bilər?
Gülnarə Əlixanova müsabiqəyə müəllim kimi gəlmişdir, onun əmək kitabçasında “baş müəllim” yazısı yoxdur. Burada tətil vaxtı birdən “baş müəllim” oldu. “Baş müəllim” almaq üçün müəyyən prosedurlardan keçmək zəruridir, baş müəllimlik aldığı yerində 3-5 il işləməlidir, kafedra şurası, fakültə şurası və universitetin elmi şuralarından keçib protokollaşdırılmalıdır. O özü deyirdi ki, dərsi zəifdir, əmanət verib və əgər delə deyilsə, niyə bu adama üstünlük veriblər? Reallığını təhrif edərək, dərsimə “zəif” deyirlər, amma Əlixanovanın seminar dərsi əsl biabırçılıqdır və bunu etiraf etmək istəmirlər. O, maaşa əlavə olaraq yüz manat da alır. Dövləti aldatma deyil bu?
Tutduğum vəzifə mənim şəxsi yerim deyil. Mən bir də vurğulayıram, bu müsabiqə müqayisəli şəkildə obyektiv baxılıb qiymətləndirilsəydi, elmi dərəcə və nailiyyətlərim nəzərə alınsaydı, mənim əvəzinə Gülnarə Əlixanova olmayacaqdır.
Müəllimlər İnstitutundan gələndən sonra ADPU-da son bir ildə işlədiyim zaman bir dəfə də olsun dərsə gəlməməyim yox idi. Təkcə bir dəfə martın 3-də praktikada olan tələbələrin yerləşdirilməsi ilə bağlı problem yarandıqdan sonra dekan Şəhla Əliyeva məni məktəbə göndərib. Qayıdanda isə niyə belə çox olduğum barədə izahat yazmağımı tələb etdi və rektorata təqdimat yazdı. Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov araşdırandan sonra mənə irad bildirməyib və dekanla söhbət etdi.
Dekanın məni əsassız olaraq fakültə dəhlizlərində dövlət əleyhinə danışmağımda və dərslərdə anti-pedaqoji söhbətlər və hərəkətlər, ağzıma nə gəldi danışmaqda ittiham etməkdənsə əyani sübut təqdim etməyə zəruridir. Əgər belə faktların yeri yoxdursa və ola da bilməz, Şəhla xanım onları utanmadan necə göstərə bilər? Ayıbdır axı! Hər insan danışığına fikir verməlidir və böhtan atmamalıdır. Göründüyü kimi, damğa vurma və böhtan atma Şəhla Əliyevanın fəaliyyətinin ayrılmaz hissəsidir. Mən həmişə müəllimliyə uyğun formada həqiqət tələb edirdim və dekanın qeyri-normal işlərində iştirak etməmişəm.
Mən şəkər və ürək-damar xəstəliklərdən əziyyət çəkməyim üçün idmanla məşğul olmuram. Təngənəfəs və ürək çatışmazlığı olan adama idman olmaz. Ona görə də idman formam yoxdur. Necə ola bilər ki, mən dərslərə idman formasında gəlmişdim? Mənim idman formalı dərsdə olan şəkil, videosu və ya başqa sübut varmı? Şəhla xanım sabah mənim dərsə çimərlik paltarımda gəldiyimdən danışsa da təəccüblənmərəm.
Mənim digər fakültələrdə saxtakarlıqla məşğul olduğum barədə ittiham da həqiqətə uyğun deyil. Mənim 2016/2017 tədris ilin 1semestrdə “Müsiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq” fakültəsində çalışdığım 201 qrupda iki tələbə Əliyeva Günay və Həzrətli Nisəxanım tələbələrə kollokviumda yeddi ball qiymətini doqquz balla düzəliş apardım və izahat yazdım. Bu tələbələr əlaçı və idmançı olaraq universitetin voleybol üzrə idman komandasında çıxış edir. Onlarda “sıfır” yoxdur. İzahat və jurnal var, görmək olar, ona görə də, yalan şeyləri uydurmağa ehtiyac yoxdur. Amma bu cinayət deyil, işdə səhv olar. Şəhla xanım fakültədə olah ciddi nöqsanları gizlədərək müəllimlərin işində qüsur axtarmağa çalışır.

Ermənistan qaçqınlığına gəldikdə, Şəhla Əliyeva onu özü qabardır. Rişxənd etmişəmsə, konkret əyani sübut görmək istəyərdim. Yoxdursa, üstümə adam qaldırmaq son dərəcə nalayiqdir. İndi isə deyir ki, qaçqın deyil. Plagiat edib. Məndə əyani sübut var, bir dəfə onun özünə göstərmişəm. Mən xətta rus alimi Babunova Tamara Mixaylovnaya yazaraq onun “Doşkolnaya pedaqogika” dərs vəsaitini sözbəsöz azərbaycan dilinə köçürüb öz əsəri kimi professor almaq üçün təqdim edir. Əsl müəllif T.M.Babunovanın Ş.Əliyevadan qanuni təzminat tələb etməyə haqqı var. Qoy ictimaiyyət bilsin, çünki belə alimlər cəmiyyətə və elmə lazım deyil! Onu göstərə bilərəm və sözlərimə görə cavab verirəm. O, 2014-cü ildə “Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsinin elmi-pedaqoji əsasları” (5804.01) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu dissertasiya M.F.Axundov adına kitabxanasında var. Professor diplomunu alıb-almadığını bilmirəm, amma fevral ayından dekanlığın giriş qapısının lövhəsindəki “professor Şəhla Əliyeva” göstərilmişdir. Dekan onu yaxşı bilir. Camaat onun professor diplomunu hələ almadığından və yazı asmağın tələsməkdən danışıqlar aparırdı. Amma iddia olunur ki, onun professorluğu həll olunmuş məsələdir və bu yaxınlarda diplom almalıdır. Ola bilər indi lövhəni çıxardıb.
20.Şəhla Əliyeva 1997-2001-cü illərdə ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin dekanı olub və işdə baş verdiyi nöqsanlarına görə dekanlıqdan ayrılmışdır. İkinci dəfə isə o, 2011-ci ildə dekan vəzifəsinə təyin olunmuşdur.

Şəhla xanım “Müəllimlərin etik davranış qaydaları”na da geniş danışır ki, mənə az qala əxlaqsız deyəcək. Amma tələbələrdən rüşvət almaq, həmcins “ağrı-acıya” məruz qalan insanlardan, kobud danışmaq, saxtakarlıqla məşğul olmaq, yalan danışmaq, şər, böhtan atmaq, plagiat etmək, müəllimləri ələ salmaq, başına oyun açmaq, qarayaxma kompaniyanı yığmaq hansı qayda-qanun çərçivəsinə sığır? Vətənpərvər adam elə edərmi? Niyə onun törətdiyi qanunsuzluqdan danışanda terrora əl atır? Dekanın mənim əlimdə fakt olsaydı, müvafiq orqanlara ötürmüş olardım iddiasına Şəhla xanımdan “müvafiq” orqanlarından qorxacağı yoxdur? Bütün ADPU və hətta kənarlarında onun əməllərindən bilirlər. Bu danılmaz faktdır! Anonim sorğu edib camaatın fikirlərini öyrənmək məqsədəuyğun olardı. Əgər məzlum tələbələr hamısı ona qarşı ayağa duracaqlarsa, ona ömürlük həbs cəzası verə bilərlər. Onsuz da bu qaçılmaz olaraq haçansa olacaq, çünki bu qədər haqsıqlıq nə Allah, nə də bəndə götürməz. Və ona görə də, Mülki Məcəlləsinin 23-cü maddəsi üzrə Ş.Əliyeva məndən əvvəl cavab verməlidir.
Müsabiqə komissiyanın üzvləri hamısı bizim fakültə işçiləridir, sədr isə Müseyib İlyasov – kafedra müdiridir. İki həftə əvvəl müsabiqənin bütün protokolları dəyişirdilər, fakültədə xəngamə olub. Komissiyanın üzvü Lamiyə Qurbanova – metallurqdur. Onun diplomu insan resursları şöbəsində var və yoxlamaq olar. Heç hansı şər və böhtan burada yoxdur! Necə oldu ki, pedaqoji ixtisasın sahibi olmayan adam bir mövzudan müdafiə edərək pedaqoji ixtisaslarında dərs deyir, özü seçkiyə gedə-gedə komissiyanın üzvü təyin olunur. Əgər “Mühəndislik psixologiya” dan tədris etsəydi, başadüşülən olardı. Bir neçə kitabları var, iki kitabın rus analoqları mövcuddur.

 

 

 

 

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …