Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Gündəm / “İşçilərə vəd verirlər ki…” – “Çudo Peçka”da BÖHRAN

“İşçilərə vəd verirlər ki…” – “Çudo Peçka”da BÖHRAN

“Çudo Peçka” MMC-nin Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 36 a yerləşən filialının işçiləri 6 aydır ki ,maaş almırlar. Bu barədə Legion.az-a həmin filialda çalışan İmran Rzayev məlumat verib: “Bizə deyirlər ki pul yoxdur. Hərdənbir 10-20 manat pul verirlər. O pulla ailə dolandırmaq olar? Əlacımız olmadığı üçün işləməyə davam edirik. Problemlə bağlı Binəqədi rayon məhkəməsinə də müraciət etmişik. İşə hazırda məhkəmədə baxılır”, – deyə İ.Rzayev qeyd edib.

Amma sən demə, məsələ bir mağazayla kifayətlənmirmiş. Bizə daxil olan məlumata görə, “Çudo Peçka”nın əksər mağazalarında işçilər aylardır maaş üzü görmürlər. İşçilərə vəd verirlər ki, yay mövsümü olduğuna görə, satış aşağı düşüb. “Amma söhbət ondan gedir ki, fevral ayından bəri işçilər “bir qəpik yiyəsi” deyillər. Redaksiymıza daxil olan məlumata görə, Çudo Peçkanın işçiləri əməkhaqlarının verilməməsi ilə bağlı piket keçirmək niyyətindədirlər. “Biz bütün medianı və TV-i dəvət edəcəyik. Məqsədimiz odur ki, çəkib göstərsinlər. Cəlilovlar başımıza oyun açır. Deyirlər ki, pul yoxdur, şirniyyat aparıb orda-burda satın. Məktəbə gedəsi uşaqlarımız var. Tədris ili başlayır, bunları belə nəzərə almırlar”, – deyə şikayətçi “Çudo Peçka” əməkdaşı Legion.az-a bildirib. Biz məsələ ilə bağlı dəfələrlə “Çudo Peçka”nın mərkəzi ofisinə zəng etsək də, ya zəngimizə cavab verən olmadı, ya da bizə məlum olmayan səbəbdən zənglərimizi “məşğul”a keçirdilər. Daha sonra biz Çingiz Cəlilovun mobil nömrəsinə zəng etdik, bu dəfə isə nömrəyə zəng çatmadı. Məsələ ilə bağlı araşdırmamız davam edir…

"İşçilərə vəd verirlər ki..."

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın