Ana səhifə / Gündəm / İSBAM QHT Agentliyi Müşahidə Şurasının tam tərkibdə və icraçı direktorun istefasını tələb edir

İSBAM QHT Agentliyi Müşahidə Şurasının tam tərkibdə və icraçı direktorun istefasını tələb edir

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələrvə Elmi Araşdırmalar Mərkəzinin  (İSBAM )

                                                      BƏYANATI

7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri  həyata keçirildi və İlham Əliyev yenidən ölkəyə prezident seçildi.

Hər Prezident seçkilərindən sonra ölkə əhalisinin hər bir vətəndaşının növbəti dövr üçün gözləntiləri olur. Bəziləri sosial rifahının yaxşılaşdırılması istiqamətində, bəziləri təhsil, sağlamlıq, məşğulluq və s. məsələlərdə islahatların aparılması istiqamətində irəliləyişlərin olacağını arzu edir. 

Çox təəssüf ki, vətəndaş cəmiyyəti seqmenti, xüsusilə QHT sektoru çarəsiz durumdadır, sanki bu sahə ayrı-ayrı məmurların şəxsi maraqlarından onların əlində alətə çevrilib.Heç də sirr deyil ki, QHT sektoruna bilavasitə məsuliyyət daşıyan məmurların bəzilərinin ailə üzvlərinin, yaxınalarının, qohumlarının, hətta bəzilərinin özlərinin bir neçə QHT -si var və onlar hər qrant müsabiqəsində yüksək məbləğli qrantlar alırlar. 

Hazırda QHT sektoru quru bəyanatlar verməkdən və qeyd etdiyimiz kimi bəzi məmurların reklamını təşkil etməkdən başqa heç bir fəaliyyətə cəlb edilmir. 

Prezident seçkiləri öncəsi biz bu məsələlərə daha aktiv toxunmasaq da bu gün ölkədə vətəndaş cəmiyyətinin düşdüyü vəziyyətdən çıxarılması üçün addımların atılmasını gözləyirik.

Çox təəssüflə bildiririk ki, əvvəllər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını, indi isə onun varisi olan QHT Agentliyini idarə edənlərin öz şəxsi maraqlarına görə heç vaxt QHT-lər dövlət dəstəyi ola bilmədi. Bu qurumlar hər zaman bu sahəni kurasiya edən şəxslərin şəxsi kontoru kimi idarə olundu. 

Bu gün QHT Agentliyinin fəaliyyəti ilə bağlı heç bir tənqidi yazı media səhifələrinə buraxılmır. Əgər milli maraqlar naminə fəaliyyət göstərən bir QHT sədri hər hansı əsaslı tənqid səsləndirdinsə, dərhal MEDİA Agentliyindən maliyyələşdirilən qurumlar ona qarşı söyüş və təhqir dolu yazılarla hücuma keçirlər.

Biz nə istəyirik? 

İstəyirik ki, QHT-lərlə çalışan qurumda şəffaflıq təmin olunsun, qurumun idarəçiliyinə milli və peşəkar insanlar cəlb olunsun. İcra hakimiyyətlərində kassir olmuş, müxtəlif siyasi partiyalardan söz daşıyan şəxslər bu gün belə bir qurumu idarə etməsinlər.

QHT Agentliyinin verdiyi maliyyənin bölgüsü şəffaf aparılsın. Bu gün qrant alanların böyük əksəriyyəti Agentlik rəhbərliyinin yaxın ətrafıdır. 

Bu gün Milli maraqlara bağlı  olan QHT-lər məqsədli şəkildə küsdürülür və uzaqlaşdırılır.

Belə davam edəcəyi təqdirdə bu sektor tamamilə məhv olacaq.

QHT sektorunda vəziyyətin belə davam etməsi acınacaqlı nəticələrin anonsunu verir. Çıxış yolu kimi şəxsi maraqlarını dövləti maraqlardan üstün tutduğu üçün QHT Agentliyinin Nizamnaməsindən irəli gələn müddəalara əməl etmək iqtidarında olmayan, öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən Agentliyin Müşahidə Şurasının tam tərkibdə,Agentliyinin icraçı direktorunun direktoru ilə birlikdə istefa verməsi zəruridir. 

Hamı birmənalı şəkildə anlayır ki, Agentliyin icraçı direktorunun qanunsuz işlərini gizlədənlər bilavasitə özlərinə görə narahatdırlar. Amma bundan insanlar, QHT-lər əziyyət çəkir. QHT-lər müstəqillik tarixində ilk dəfədir ki, onlara qarşıbelə laqeyd münasibət göstərilir, onlar parçalanır, media vasitəsilə şəxsiyyət və ləyaqətləri təhqir olunur.

Beləliklə, İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar Mərkəzi olaraq dövlətin inkişafında əhəhmiyyətli yer tutan QHT sektorunun xilası naminə Agentliyin Müşahidə Şurasının tam tərkibdə və Agentliyinin icraçı direktoru ilə birlikdə istafasını tələb edirik!

Bakı şəhəri, 19 fevral 2024 cü il.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …