Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / İran Türkiyə ola bilər?-Təhlil

İran Türkiyə ola bilər?-Təhlil

Akdoğan Özkan-T24

1950-ci illərdə tək pariyalı sistemdən çıxıb NATO-ya üzv olmuş Türkiyəyə nəzər yetirən ABŞ bu ölkədə iki şeyi çox aydın görürdü.

1) Çox böyük bir bazar
2) Rusiyaya qarşı güclü hərbi əməkdaşlıq

Bu gün İrana da eyni nöqteyi nəzərdən yanaşan ABŞ iqtidarı isə çox güman ki, bu ikisindən başqa, bir də Qərbin Rusiyadan olan enerji aslılığını azaldacaq güclü alternativ görür.
2015-ci ilin iyul ayında qərblə əhəməiyyətli müqaviləyə imza atıb özünə prespektivli gələcək hazırlayan İran, 1950-ci illərdə Türkiyənin Qərb üçün ifade etdiyi mənanı ifadə edə biləcək? Türkiyə Qərb üçün nə idisə bu gün də İran elə ola biləcək?

Başqa bir sözlə İran Türkiyə ola bilər?

Bu suala düşünmədən “ qətiyyən olmaz” demək əvəzinə İranın ABŞ-la , Qərblə olan ədavətli münasibətlərinin son aylarda necə dəyişdiyini yaxşı analiz etmək, anlamaq lazımdır.
Bunun üçün 1970-cı illərin əvvəlinə gedək və rəsmi Vaşinqtonun bölgədəki ən böyük müttəfiqi ”dost İran”ın necə ”düşmən İran” olduğuna baxaq.

Hələ Tehranda “molla rejimi” bərqərar olmamışdı, neftlə bağlı yaxşı əlaqələri, sadiq bir müttəfiqi varkən, Vaşinqtonun İranı bir anda tərk edib bölgədəki seçimini Səudiyyə xanədanından yana etməsini, qərbli araşdırmaçılar, hətta siyasətçilər “xəyanət” olaraq qiymətləndirmişdi.

Qırılma İrandan qopma siyasəti, “xəyanət” olaraq qiymətləndirilə bilər. Bunu başa düşmək üçün 1970-ci illərdən əvvələ getmək lazımdır.

1953-cü il…

ABŞ yaxın müttəfiqi olan İranda 1951-ci ildə demokratik seçkilərlə hakimiyyətə gələn Baş nazir Məhəmməd Müsəddiqi ordudakı generalların dəstəyi ilə hakimyyətdən uzaqlaşdırır. Belə ki, nefti milliləşdirmək istəyən baş nazir Müsəddiqin ölkənin yolunu da dəyişdirib Sovet İttifaqı ilə əməkdaşlıq etmək kimi planları olub.

Bu yazdıqlarımız Yaxın Şərqdəki daha bir çevrilişi ABŞ-ın üstünə atmaq üçün söylənən şayələr deyil. Çevrilişin 60-cı il dönümündə Amerika Milli Təhlükəsizlik arxivinin açılması sayəsində biz 1953-cü ildə Müsəddiqi devirən, TPAJAX kod adlı hərbi çevrilişin ABŞ xarici siyasətinin tərkib hissəsi olaraq, CİA-nın gerçəkləşdirdiyini öyrəndik. Arxiv sənədlərini araşdıran Malcom Braynın bizə dediyinə görə, bu çevrilişdə CİA ilə birlikdə, ingilis kəşfiyyatı olan Mİ6 geniş rol oynayıb.
Çevrilişin də təmizlədiyi yolda Şah Məhəmməd Rza Pəhləvi 1941-ci ildən 1979-cu ilə qədər ölkəni Qərb dəyərləri, müasirləşdirmə tərəfdarı və anti-komunist kimi anlayışla idarə edə bilmişdi. “British Petroleum” (BP) də bu “ səviyyəli bərabərliyin” məhsulu olaraq regionda söz sahibi olmuşdur.
Bu cür qüsursuz əməkdaşlığın pozulmasında İrann ABŞ tərəfində xəyanətə uğramasında 1970-ci illərdə ABŞ-ın Maliyyə naziri olan Viliams Simonın böyük rolu olduğunu xatırladaq.

1973-cü ilin oktaybrında Misir və Suriyanın İsrailə müharibə elan etməsi ilə başlayan “ərəb-İsrail” müharibəsi neft qiymətlərinin 4 dəfə bahalaşmasına səbəb olmuşdu. Belə ki, müharibəyə qoşulmayan ərəb ölkələri Misirə dəstək məqsədi ilə həm neft istehsalını azaldaraq nefin qiymətini artır, digər tərəfdən də İsrailə dəstək verən Qərb ölkələrinə ambarqo tətbiq edərək neft satmırdılar. Bu zaman iran şahı da ərəb ölkələrinə dəstək verirdi. Hətta bəzi mənbələrə görə, Səudiyyə Ərəbistanının kralı Faysal ibn Əbdüləziz əl Suud, dövrün Neft və Mədən naziri Zeki Yamanini Tehrna göndərərək, “niyə neftin bu qədər bahalşamasını?” israrla dəstəklədiyini Şahdan soruşmuşdu. Şah da eyni zamanda OPEC rəhbəri olan Yamaniyə sualın ona deyil, ABŞ dövlət katibi Henri Kisincerə verilmək lazımdır deyə bildirmişdi.

1975-ci ildə OPEC-ə üzv olan ökələr Səudiyyə ərəbistanının öndərliyində nefti sadəcə ABŞ dolları ilə satmaq qərarına gələrək Amerika iqtisadiyyatına böyük töhvə vermiş oldular. Bununla yanaşı, dünya iqtisadi sisteminə “petrodollar” adlanan yeni termin gətirdilər.
Sonradan baş vermiş krizisi fürsətə çevirən ABŞ İrana dərs vermişdi.
Təbii olaraq nəticədə İran iqtisadi krizisin pəncəsinə düşdü. Bunun ardınca da ABŞ-ın bölgədəki ən böyük müttəfiqi olan Rza Şah Pəhləvinin iqtidardan getməsi prosesinin başlanğıcı qoyuldu. 1979-cu il çevrilişi ilə “molla rejimi”nə keçən İranda Şah ölkədən qaçmış, anti-amerikan siyasəti aparılaraq Sovet İttifaqına yaxınlaşılmışdı.
Yeri gəlmşikən, ABŞ iqtidarı yalnız 1983-cü ildə vəziyyətin fərqində olmuşdu. O il planlaşdıranların arasında İranın da olduğu idda edilən, Beyrutdakı kamikadze hücumu nəticəsində 241 amerikalı dəniz piyadası həyatını itirdilər. Bir zamanlar dost və müttəfiq ölkə olan İran getmiş , yerinə Amerika tarixinin gördüyü ən böyük terror hadisəsini törədən “vəhşi düşmən” gəlmişdi. Və ən əsası bütün bunları Amerika iqtidarı öz əlləri ilə hazırlamışdı.

ABŞ və Səudiyyə Ərəbistanı arasında Ciddədə baş tutan görüşdə yuxarıda bəhs etdiyimiz Simon Səudiyyə tərəfini neftdən əldə etdikləri gəliri saxlaya biləcəkləri ən güvənli yerin ABŞ olduğuna inandırmışdı. Ciddədə aylarca davam edən müzakirələrin ardından iki ölkə arasında razılaşma əldə olunur. Razılaşmaya əsasən, ABŞ Səudiyyə Ərəbistanından neft alacaq və bu ölkəyə hərbi yardım göstərəcəkdi. Bunun qarşlığında da Səudiyyə Ərəbistanı neftin qiymətinin artdığına görə əldə olunan artıq pulları 1 illiyinə ABŞ xəzinəsinə verəcəkdilər.
Kral Faysal bu razılaşmanın tamamilə gizli saxlanılmasını istəmişdi. Elə də oldu. Bu gerçək 41 il gizli qaldı. Nəhayət “Bloomberg News”agentliyi ABŞ-ın məlumat azadlığı haqqında qanununu əsas gətirərək, göndərdiyi sorğuya cavab olaraq Xəzinə Nazirliyi bəhs olunan mövzunun açıqlanmasına qanunun yol verdiyini elan edərək bu sirri ifşa etdi. Beləliklə, dünya ictimaiyyəti ABŞ-la Səudiyyə Ərəbistanı arasına bağlanılan, İranı müttəfiqlikdən kənara atan bu razılaşmanı 2016-cı ilin may ayında 41 il sonra öyrənə bildi.

Bütün bunlar nə zaman baş verdi?

İqtisadçıların “Səudiyyə Ərəbistanı 5 ilə iflas edəcək” dedikləri bir vaxtda.

Nə zaman?

ABŞ iqtidarının bölgədəki ən böyük müttəfiqlərindən olan Səudiyyə Ərəbistanını kənarda qoyub, İranla 2015-ci il 14 iyulda bağladığı əməkdaşlıq müqaviləsindən 10 ay sonra.
ABŞ ehtiyyat qaza malik olduğuna görə neft erasının bitməsindən çox da narahat olmadığı zaman.

Nə zaman?

Türkiyə Rusiya ilə yaxınlaşmağın yollarını axtardığı və bu yolda qarşısına çıxan əngəlləri də dəf edib, mediası ilə insanlarının beyinlərini anti- amerikaçı düşüncələrlə dolduran zaman.

Bir zamanlar İran həqiqətən də “müttəfiq ölkə” olduğu zaman bəlkə də bir “Türkiyə” ikən necə oldu ki, Vaşinqton bölgədəki ən önəmli müttəfiqini buraxıb Səudiyyə Ərəbistanı ilə ittifaqa yönəldi? Bunları yaxşı bilmək araşdımaq lazımdır.

Xüsusi ilə də Ankara üzv olduğu NATO ittifaqından uzaqlaşıb Rusiyaya yaxınlaşmaqda ittiham olunduğu bir vaxtda, rəsmi Tehran ( NATO-nun keçmiş sadiq müttəfiqi olan) Türkiyənin NATO-dakı yerini doldura bilər? Yəni, “İran Türkiyə ola bilər”? sualına cavab axtararıq…..

Tərəfdar.az

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın