Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / İqbal Məmmədov yenədəmi mandat alacağına inanır?

İqbal Məmmədov yenədəmi mandat alacağına inanır?

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov 2010-cu ildən parlamentin üzvüdür. Parlamentin Aqrar siyasət komitəsinin üzvüdür. Onun keçmiş nazir Fərhad Əliyevlə çox yaxşı münasibətlərə malik olduğu da söylənilir. Hətta deyilənə görə, 2005-ci ildə onun komandasının tərkibində Milli Məclisə düşməyi planlaşdırmışdı. Ancaq istədikləri baş tutmadı…

Onun da adı parlamentdə “lal” deputatlar sırasında çəkilir. Vaxtilə qardaşı Asif Məmmədov Şamaxının icra başçısı vəzifəsində işləyib.

Deputat kreslosuna yiyələnərək, seçicilərin problemlərini həll etmək əvəzinə, İ. Məmmədov daha çox seçildiyi rayon sakinlərinin hüquqlarını tapdalamaqla məşğuldur. Zamanına yerli KİV-lər öz yazılarında İ. Məmmədovu “lal” deputat kimi xarakterizə edib: “Aqrar siyasət komitəsinin üzvü olan Məmmədov ötən beş ildə Milli Məclisdə müzakirə olunan məsələlərə nadir hallarda münasibət bildirib.Halbuki deputatı olduğu Lerik rayonunda əhalinin böyük hissəsi məhz kənd təsərrüfatı ilə məşğul olur. Deməli, aqrar siyasət komitəsinin üzvü kimi Məmmədov daha çox təşəbbüslər irəli sürməli, kənd təsərrüfatının inkişafı üçün təkliflərlə çıxış etməliydi”.

Deputatın qardaşı Çingiz Məmmədov da rayonda qoluzorluluğu ilə “seçilib”. Saytın yazdığına görə hətta bir müddət öncə rayonun Piran kənd sakini Elsevər İbrahimov məhz Çingiz Məmmədovun qəzəbinə tuş gələrək döyülmüşdü. Ç.Məmmədovun beton zavodunda sürücü işləyən E.İbrahimovun duruşundan xoşu gəlməyibmiş:

“Saat 11 radələrində məni göndərdilər ”Relaks”a, yük göndərməyə. Saat 3-ə işləmiş qayıdıb gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz məni yanına çağırır. Gördüm bir nəfərlə söhbət edir, gəldim onun yanına. Birdən mənə tərəf dönüb “Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda” deyərək, qəfildən bir sillə vurdu, sonra da boğazımdan tutub yıxdı yerə. Sonra ətrafdakılar bizi zorla ayırdı, mən də çıxıb getdim”.

78 saylı dairənin seçiciləri hesab edirlər ki, İqbal Məmmədovun bu dəfə də deputatlığa namizəd olması, onlar üçün ikiqat təhlükəlidir: “Bu adam varlandıqca camaatı ayağının altına alır. Özünün elədikləri azmış kimi qardaşı da istədiyi vaxt sürücüsünü döyür, təhqir edir və heç kim bu adamlara “gözün üstə qaşın var” demir. Amma o unutmasın ki, yenə adamlarını göndərib qapı-qapı səs istəyəcək. Bizə hüquqlarımızı müdafiə edən, sözümüzü deyən, sözün əsl mənasında vəkilimiz olan şəxs lazımdır, anamızı söyən yox, bizi döydürən deputat yox”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın